Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ordumuz təlimlərə başladı

 

Hərbi Hava Qüvvələri hava hücumundan müdafiə qoşunlarının təlimləri başlayıb.

"Xeberinfo.com": Müdafiə Nazirliyinin mətbuat xidmətindən əldə etdiyimiz məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənovun imzaladığı 2014-cü ilin döyüş hazırlığı planına əsasən avqustun 13-də Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə qoşunlarının təlimləri başlayıb.

Təlimlər zamanı qoşunların yüksək döyüş hazırlığı dərəcəsinə gətirilməsi, mühüm dövlət və hərbi obyektlərin, quru qoşunları qruplaşmalarının hücumda və müdafiədə mühafizəsi üzrə hava hücumundan müdafiə qoşunlarının fəaliyyəti və digər məsələlər məşq etdiriləcək.

Təlimlərdə həmçinin aeorodinamik, eləcə də qanadlı və ballistik raketləri imitasiya edən təlim hədəflərinə döyüş atışları həyata keçiriləcək. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam