Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Fərhad Əliyevin əmisi oğlu yol qəzasında öldü

 

Bu gün səhər saatlarında Ələt-Astara avtomobil yolunun Cəlilabad şəhərindən keçən hissəsində ağır yol qəzası baş verib.

Xeberinfo.com:   Məlumata görə, virtualaz.org saytının Şirvan bürosu xəbər verir ki, Cəlilabad rayonu, Alar kəndinin sakini, 37 yaşlı Zaur Alxan oğlu Əliyevin idarə etdiyi “Toyota Prado” markalı minik avtomobili yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində onun sərnişini, sürücünün qardaşı olan 40 yaşlı Ziyad Əliyev aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Sürücü Zaur Əliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Burada ona müvafiq tibbi yardım göstərilsə də vəziyyəti ağır olduğundan Bakı şəhərindəki xəstəxanalardan birinə yola salınıb.

Qeyd edək ki, qəzaya düşən şəxslər sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin əmisi nəvələridir. Qəzada həyatını itirən Ziyad Əliyev Alar kəndində fermer təsərrüfatının sahibi olub. Onun qardaşı Zaur Əliyev isə Bakı şəhərində yaşayır və kiçik bizneslə məşğul olur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam