Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Cəlilabadda faciəvi yol qəzası

 

 

       Bir ailənin iki üzvü ölüb, bir üzvü ağır yaralanıb

 

"xeberinfo.com": Cəlilabad rayonunda ölümlə nəticələnən dəhşətli yol-nəqliyyat qəzası baş verib.
 Məlumata görə, hadisə  Ələt - Astara magistralının 124-cü kilometrliyində - yolun Cəlilabad şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
 
Yardımlı rayonu Osnağaran kənd sakini, 1964-cü il təvəllüdlü Şahəli Quliyevin idarə etdiyi “Hyundai Santafe” markalı, 90 DH 277 dövlət nömrə nişanlı minik avtomobili Ələt istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirərək yolun kənarındakı kanala aşıb.
 
Sürücü və onun sərnişini, qardaşı, 1967-ci il təvəllüdlü Araz Quliyev hadisə yerində dünyasını dəyişib. Avtomobildəki digər sərnişin, sürücünün qardaşı oğlu, 1984-cü il  təvəllüdlü Rauf Manafov isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağır hesab edilir.
 
İlkin versiya kimi, qəzanın yüksək sürətlə hərəkətdə olan “Hyundai”ın qəfildən idarəetməni itirməsi səbəbindən baş verdiyi göstərilir. Dəqiq səbəblər isə aparılan avtoekspertizanın rəyindən sonra məlum olacaq.
 
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.   

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam