Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

TQDK-nın gündəmi silkələyən statistikası

 

Bir neçə gündür ki, sosial şəbəkələrdə və mediada Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının əvvəlki illərin məzunu olan abituriyentlərlə bağlı açıqladığı imtahan nəticələri müzakirə olunur.

"Xeberinfo.com":  Məlumata görə, TQDK-nın açıqladığı siyahıda nəticələr heç də ürəkaçan deyil və həmin statistikaya görə, məzunların böyük əksəriyyəti aşağı nəticə əldə edib.

Beləliklə, I ixtisas qrupu üzrə imtahanda 11874 abituriyent iştirak etsə də, onlardan 10911 nəfər 0-200 bal intervalında nəticə əldə edib. Bu da iştirakçıların 91.89 faizi deməkdir. 600-dən yuxarı bal toplayanların sayı isə 4 nəfər olub və və maksimal nəticə 647 baldır.

II ixtisas qrupu üzrə imtahanda 7224 nəfər iştirak etsə də, 6107 nəfər 0-200 bal toplayıb. Bu da iştirakçıların 84.54 faizi deməkdir. 2 nəfər 600-dən yuxarı bal toplayıb, maksimal nəticə 614 bal olub.

III ixtisas qrupu üzrə imtahanda 7812 abituriyentdən 5878-i 0-200 bal yığıb ki, bu da iştirakçıların 75.24 faizi deməkdir. Bu qrupda 600-dən yuxarı bal toplayanların sayı isə 10 nəfər olub və maksimal nəticə 680 baldır.

IV ixtisas qrupu üzrə imtahanda 2094 nəfər iştirak etsə də, 1859 nəfəri 0-200 bal intervalında nəticə əldə edib ki, bu da iştirakçıların 88.78 faizi deməkdir. 600-dən yuxarı bal toplayanların sayı isə 10 nəfər olub və maksimal nəticə 670 baldır.

Təhsil eksperti Şahlar Əsgərov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bəzən bilərəkdən və ya bilməyərəkdən bir şey unudulur ki, bu məzunlar adından da göründüyü kimi, əvvəlki illərdə ümumtəhsil məktəblərini bitiriblər: “Təbii ki, onlar məktəbi bitirdikləri illərdə əldə etdikləri imtahan göstəricilər yüksək olsaydı elə həmin vaxtda ali məktəblərə qəbul olunardılar.

Bəs orta məktəbi 2, 3, 4, 5 və daha çox il bundan öncə bitirən gəncin indiki anlamda bilik göstəricisinə daha çox kim cavabdeh olmalıdır? Məktəb, yoxsa məzunun özünün fərdi hazırlığı? Əlbəttə ki, sualın çox sadə cavabı var. Burada adi məntiqlə düşünən insan üçün bir şey aydındır ki, məktəbi əvvəlki illərdə bitirən və TQDK-nın meyarı ilə desək, 0-200 intervalında bal toplayan gənc 2, 3 il sonra vunderkind olmayacaq, əksinə köhnə baqajla bilik göstəricisinin kiçik istisnalarla daha aşağı olması təbiidir. Bu statistika ilə təhsilin inkişafına ümumi diaqnoz qoymaq məntiqi düşüncənin məhsulu ola bilməz və subyektiv rəy hesab oluna bilər.

Bir neçə il öncə orta məktəbi bitirib ali məktəblərə girməyənlərin bugünkü biliyinə əsaslanıb təhsilin bugünkü səviyyəsi haqqında nəticə çıxarmaq qüsurludur”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam