Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Son qəbul imtahanında 6 nəfər 700 bal toplayıb

 

İyulun 25-də II və III ixtisas qrupları üzrə imtahan nəticələri açıqlanıb.

 

"Xeberinfo.com":  Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, 6 nəfər 700 bal toplayıb.

 

Onlardan 3-ü ikinci, 3-ü üçüncü ixtisas qrupu üzrə imtahan verib. Maksimum nəticə göstərənlər - Abdulrəhimov Kamran Hüseyn oğlu, Novruzova Lalə Zəfər qızı, Əfəndiyeva Xəyalə Rəvan qızı, Əhmədov İbrahim Əhməd oğlu, Qasımov Elçin Ziyad oğlu, İsgəndərov Əli Rauf oğludur.

 

Abituriyentlər öz imtahan nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər.

 

İmtahanda iştirak etmək üçün sənəd vermiş 29590 ( 15841 nəfər II qrup üzrə, 13749 nəfər III qrup üzrə) abituriyentdən 971 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən 28619 abituriyentdən 12 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

 

İxtisas seçimi bütün ixtisas qrupları üzrə iyulun 30-dan avqustun 11-dək aparılacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam