Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Avropanın jandarmı olmaq istəmirik– Mərakeş

    

Avropanın jandarmı olmaq istəmirik – Mərakeş
Mərakeş hakimiyyəti Avropadan xaric edilərək geri göndərilən miqrantları qəbul etmək üçün ölkə ərazisində sığınacaq mərkəzləri açmaqdan imtina edib. Çünki rəsmi Rabat Mərakeş ərazisinin Avropaya qanunsuz miqrant daşınmasında istifadə olunmasını istəmir. 
Yenixeber.org: Bu barədə Mərakeşin informasiya naziri Mustafa əl-Həlfi bəyan edib. Bildirib ki, Mərakeş Krallığı diplomatik nümayəndələrlə görüşlər keçirərək Avropanın miqrant probleminin həlli məsələsindəki mövqeyini və rəsmi Rabatın qanunsuz miqrasiya ilə mübarizə strategiyasını avropalı və afrikalı tərəfdaşları ilə növbəti dəfə aydınlaşdırıb. 

“Birincisi, mövqeyimiz ondan ibarətdir ki, Mərakeş hökuməti ölkə ərazisində miqrantların sığınacaq mərkəzlərinin yaradılmasına qəti şəkildə etiraz edir. İkincisi və əvvəlkindən heç də az önəm kəsb etməyən mövqeyimiz odur ki, miqrasiya məsələsində Mərakeş Avropaüçün jandarm olmaq istəmir.” – deyə, Mustafa əl-Həlfi qəti şəkildə vurğulayıb. 

Nazir onu da əlavə edib ki, qanunsuz miqrasiya ilə mübarizədə Mərakeşin səylərinin dəstəklənməsi üçün rəsmi Rabat Avropa İttifaqını texniki və maliyyə dəstəyi göstərməyə çağırır. 

Qeyd edək ki, Avropa qitəsindən yalnız dar Cəbəllütariq boğazı ilə ayrılan Mərakeş artıq neçə ildir ki, Şimali Afrikadan Avropa İttifaqı ölkələrinə keçmək istəyən qanunsuz miqrantlar üçün tranzit ölkə rolunu oynayır. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam