Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Avropanın ildə bir milyon qaçqın qəbul etmək imkanı var”

1582015533-miqrant

«Avropa Birliyi ildə bir milyon qaçqını öz ərazisində «özününküləşdirmək – əritmək» iqtidarındadır. Əgər konsensus əldə edilməzsə, səs çoxluğu ilə qaçqınlara sığınacaq verilməsi barədə yeni qaydaları təsdiq edə bilər. Avropa bir qitə olaraq qlobal qaçqın böhranına görə öz məsuliyyətini anlamalıdır».

Xeberinfo.com:  Bu sözləri İsveçin sol mərkəzçi hökumətində ədliyyə və miqrasiya naziri Morgan Johansson Reuters-ə müsahibəsində deyib. «Biz dünyada ən varlı qitəyik və aydın məsələdir ki, bu problemin öhdəsindən gələcək biriləri varsa, o da 500 milyonluq əhalisi olab Avropadır», – o bildirib.

Amma Johansson-un şərhi AB-nin böyük hissəsi ilə İsveçi ayıran dərin uçuruma işıq salır. Mərkəzi Avropa ölkələri nə qədər qaçqın qəbul edəcəklərinə dair kvota qoyulması uğrunda mübarizə apardığı, alman lideri Angela Merkel açıq qapılar siyasətinə görə öz ölkəsində tənqid atəşinə tutulduğu bir vaxtda bu uçurum daha aydın görünür. Keçən il Suriya, İraq və Əfqanıstan kimi ölkələrdən 1,3 milyon miqrant Avropaya gəlib çıxıb. Bu da məsuliyyəti bölüşmək baxımından üzv ölkələr arasında gərgin mübahisələrə yol açıb.

Johansson artıq Avropada olan və AB-dən kənarda yerləşən düşərgələrdəki qaçqınların üzv ölkələr arasında bölüşdürülməsinin sabit mexanizmini göstərir.

«Əgər biz razılığa gələ bilməsək qərar qəbul olunması üçün qaydalar var. Bunlar bu sahədə tətbiq olunan mükəmməl qaydalardır. Avropa Birliyi ildə 1 milyon qaçqın qəbul etmək iqtidarında olmalıdır».

İsveç 2015-ci ildə 163 min sığınacaq axtaran qaçqını qeydə alıb. Amma bu il həmin rəqəmin 35 minə enəcəyi gözlənilir. Bu da sığınacaq verilməsi üçün qoyulan ciddi qaydalar, sərhəddəki nəzarət və qaçqınların AB-yə girməsini əngəlləmək üçün atılan sərt addımlar ucbatındandır. Bu sərt addımların sırasına Türkiyə ilə sövdələşmə də aiddir. Buna Yunanıstana çatmaq üçün Türkiyə ərazisindən keçməli olan insanların sayının kəskin azaldılması da daxildir.

Johansson deyib ki, o keçən həftə Macarıstan səfirinə öz etirazını bildirmək üçün yanına çağırıb. Macarıstan Avropa boyunca hərəkət üçün ilk dəfə orada qeydiyyata düşmüş, sığınacaq axtaran şəxslərin qəbulundan imtina edib. Bu isə Avropa Birliyinin Dublin sövdələşməsinə ziddir.

İsveç naziri və onun skandinaviyalı həmkarları Macarıstanın əleyhinə hərəkət etmək üçün AB komissiyasına məktub yazıblar. Çünki macar hakimiyyəti miqrantları ölkələrinə buraxmamaq üçün tikanlı məftillərdən sədlər çəkib və qaçqın kvotasından imtina etmək üçün gələn ay referendum keçirməyə hazırlaşır. Johansson «Ən pis halda Macarıstanın məhkəməyə veriləcəyini» söyləyib.

AB miqrant axınının qabağını saxlamaq üçün Türkiyədən asılı vəziyyətə düşüb. Türklərə vəd olunan vizasız rejim isə AB-nin Ankaradan əvvəlcə terrorizmlə mübarizə sahəsində qanunlarını yumşaltmağı tələb etməsi inadı ucbatından daşa dirənib. «Əslində, iş bu yerə çatdığı üçün indi söz deyəcək tərəf Türkiyə məhkəməsidir», – Johansson belə deyib.

Miqrasiya dalğası bütün Avropanı əhatə etdiyindən, İsveç əmin olmaq istəyir ki, Almaniyada sığınacaq axtaran, qeydiyyata alınmamış şəxslərin məsələsi elə yerindəcə həll olunacaq və İsveçin Danimarka ilə sərhəddinə gəlib çıxmayacaq(azadlıqradiosu).

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam