Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Avropada gərginlik pik həddə çatır

Son sutka ərzində Macarıstan ərazisindən Avstriyaya 13 min qaçqın keçib. 

"Xeberinfo.com":   ANS PRESS-in məlumatına görə Avstriya polisi bundan əvvəl sutka ərzində ölkə ərazisinə 10 minədək qaçqının keçəcəyini proqnozlaşdırmışdı. Əksəriyyətini suriyalılar təşkil edən qaçqınlar dəmiryolu vasitəsilə Avstriyanın müxtəlif şəhərlərinə yönəldilib.

Avstriyanın Daxili İşlər Naziri Yohanna mikl-Lyaytner isə qonşu ölkələri Avropa İttifaqının (Aİ) qaydalarına riayət etmədiklərində günahlandırıb. O, həmçinin bəyan edib ki, miqrantlar Avstriyaya Xorvatiya və Sloveniyadan gəlirlər.

Sentyabrın 16-dan Xorvatiyaya Serbiyadan 20 min miqrant daxil olub. İlk əvvəl ölkə miqrantları qəbul etsə də, sonradan hökümət Xorvatiyanın miqrant axınına tab gətirmədiyini bəyan edib. Ölkənin Baş naziri Zoran Milanoviç miqrantların Macarıstana göndərilməsinə dair ölkəsinin fəaliyyətə başladığını bildirib. Milanoviç "Biz onları (Macarıstanı - red.) miqrantları qəbul etməyə vadar edirik və bunu etməkdə davam edəcəyik", - deyə ölkəsinin mövqeyini açıqlayıb. Eyni zamanda Baş nazir Xorvatiya və Macarıstan arasında miqrantların köçürülməsinə dair heç bir razılığın olmadığını da etiraf edir.

Öz növbəsində Macarıstan höküməti Xorvatiyanı miqrantları qeydiyyata almadığına görə Beynəlxalq qanunvericiliyi pozmaqda ittiham edir. Budapeşt bəyan edib ki miqrantlar Şimali Avropaya keçməmiş Macarıstanda qeydiyyata alınacaq. Lakin Avstriyaya Macarıstandan gələn bir neçə miqrantın sözlərinə görə onları orada heç kəs qeydiyyata almayıb. Miqrantlar ölkənin bir sərhədindən digər sərhədinə avtobuslarla aparılıb və dəmir yolları boyu Avstriayaya piyada getməyə məcbur ediblər.


Avstriyaya piyada gedən qaçqınlar 


Miqrantların üz tutduqları Avropa ölkələri

Xorvatiyanı Avropa İttifaqı və Şenqen ərazisinin qanunlarını pozmaqda Sloveniya da ittiham edir. Ölkə höküməti iddia edir ki Sloveniyaya 1500-ə yaxın miqrant daxil olub. Yüzlərlə qaçqın isə sərhəddə növbə gözləyir, daha 150 nəfər Sloveniya Avstriya sərhədini keçərək ölkənin cənubunda yerləşən Şpilfeld şəhərinə üz tutub. 



Xorvatiyadan Sloveniya keçmək üçün növbədə duran miqrant

Miqrantların bir çoxu Avropanın daha zəngin şimal ölkələrində məskunlaşmaq istəyirlər. Onlar arasında ən populyar istiqamət Almaniyadır.
Aİ-nin rəhbərliyi miqrant krizisindən çıxış yolu tapa bilmədiyi üçün sərt tənqid olunur. Aİ-nin Daxili İşlər Nazirləri sentyabrın 22-də təcili toplantı keçirməyi planlaşdırırlar. Görüş zamanı nazirlər kvota sisteminə görə miqrantların Avropa ölkələri arasında bərabər yerləşdirilməsinə dair danışıqlar aparacaqlar.

Növbəti gün isə miqrasiya problemləri üzrə xüsusi sammitdə Avropa İttifaqının liderləri görüşəcək.

Aİ-na kvota üzrə köçürülməsi nəzərdə tutulan miqrantların sayı

Avropada baş qaldıran miqrant krizisi fonunda Kanada hökuməti 10 mindən çox suriyalı qaçqını qəbul edəcəyini və qaçqınlara sığınacaq verilməsi prosesini tezləşdirməyə hazır olduğunu bəyan edib.

"CBC News" telekanalının məlumatına görə, bunu Kanadanın immiqrasiya işləri üzrə naziri Kanada

Kris Aleksandr bəyan edib. Nazir bildirib ki, ölkənin miqrasiya xidməti son 6 ayda sığınacaq üçün müraciət edən suriyalı qaçqınların əksəriyyətinin müraciətinə baxmaq üçün əlindən gələni edəcək. Kanadanın immiqrasiya işləri üzrə naziri ilin sonunadək Kanadaya minlərlə suriyalı qaçqının gələcəyini hesab edir.

Bu yaxınlarda Kanada hökuməti BMT-nin Yaxın Şərqdəki qaçqınlar üçün yeni düşərgələr tikməsinə 75,4 milyon dollar ayıracağını bəyan etmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam