Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Moskvanın iflasa uğrayan BTQ planı

Moskvanın iflasa uğrayan BTQ planı

 

 

 

 



Bakı-Tiflis-Qars dəmir yolu xətti layihəsinin iqtisadi tərəfləri ilə yanaşı, siyasi əhəmiyyəti də olduqca böyükdür

 

 Yenixeber.org Bu sözləri  Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Millət vəkili layihənin siyasi tərəflərinin Bakı üçün önəmindən söz açıb:

“Bu gün Bakı-Tiflis-Qars dəmiryolu xəttinin açılışı Azərbaycanın stabil və təhlükəsiz bir dövlət olduğunu bir daha sübuta yetirdi. Əslində, layihənin Azərbaycanda fəaliyyət göstərməsinə xeyli dövlət maraq göstərib. Bu fonda layihənin reallaşması ölkəmizə olan bu marağı daha da artıracaq. Bu gün BTQ-nin həyata keçməsində Bakının ən böyük siyasi uğuru İrəvanın bu layihədən kənarda qalmasıdır. Hətta Moskva nə qədər çalışsa da, bununla bağlı planını gerçəkləşdirə bilmədi. Mühüm siyasi, iqtisadi qələbəmiz münasibətlə bütün xalqımızı təbrik edirəm”.

Qeyd edək ki, tikintisinə 2007-ci ildə başlanılmış və “Dəmir İpək Yolu” adlandırılan Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu xətti bu gün istifadəyə verilib. Bakıda keçiriləcək açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Baş naziri Bakıtjan Saqintayev, Özbəkistan Baş naziri Abdulla Aripov, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili və s. iştirak ediblər.

BTQ dəmir yolu xəttinin ümumi uzunluğu təxminən 840 km-dir. Marşrutla ildə bir milyon sərnişin və 6,5 milyon ton yük daşınması, gələcəkdə isə bu rəqəmin 50 milyon tona çatdırılması nəzərdə tutulur. Əsas sərmayəçisi Azərbaycan olan layihədən ölkəmizin ilkin olaraq 50 milyon dollar gəlir əldə edəcəyi gözlənilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam