Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Bakı bu mərasimlə İrəvana mesaj verdi - Millət vəkili

Bakı bu mərasimlə İrəvana mesaj verdi - Millət vəkili

 

 

Neçə zaman idi ki, səbirsizliklə gözlədiyimiz Bakı-Tiflis-Qars dəmir yolu xəttinin açılışı baş tutdu. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, bəzi xarici dairələr Bakı-Tiflis-Qars dəmir yolunun reallaşmasına inanmırdılar

 

Yenixeber.org: Bu sözləri millət vəkili Adil Əliyev qeyd edib. O bildirib ki, Azərbaycan, Gürcüstan, Türkiyə rəhbərliyinin vahid iradəsi və qətiyyəti layihənin gerçəkləşməsini sürətləndirdi:

“Bakı-Tiflis-Qars dəmir yolu xəttinin bölgə üçün önəmi böyükdür. Azərbaycan olaraq, faydasını sonradan hiss edəcəyik. Xüsusilə, layihə bütün türk dünyası üçün strateji önəm kəsb edir. Türk birliyini və həmrəyliyini sürətləndirəcək. Mərkəzi Asiya dövlətləri ilə iqtisadi əlaqələrə xüsusi implus verəcək. Ən vacibi odur ki, BTQ Asiya və Avropa arasında körpü rolunu oynacaq. Ermənistan da narahatdır. İrəvan mat vəziyyətindədir. Çünki regionda baş tutan iri iqtisadi layihələr Ermənistanın iqtisadi mühasirəsini sürətləndirir. Açılışlar İrəvana rəsmi Bakı tərəfindən tutarlı bir mesajdır: Nə qədər gec deyil, İrəvan işğalçı siyasətindən əl çəkməlidir”.

 

Qeyd edək ki, tikintisinə 2007-ci ildə başlanılmış və “Dəmir İpək Yolu” adlandırılan Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu xətti 30 oktyabr 2017-ci ildə istifadəyə verilib. Bakıda keçiriləcək açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Baş naziri Bakıtjan Saqintayev, Özbəkistan Baş naziri Abdulla Aripov, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili və s. iştirak ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam