Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Ərəb KİV-ləri BTQ-dən yazdı

Ərəb KİV-ləri BTQ-dən yazdı

 

 

 

Ərəb KİV-ləri Azərbaycan, Türkiyə və Gürcüstanın dəmir yolları şəbəkəsini, Asiya və Avropanı Qafqaz regionu vasitəsilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolunun işə salınmasını geniş işıqlandırır

 

 

Yenixeber.org:  Misirin “Arabsola” nəşrində yer alan “İlham Əliyev: Güclü iradə Bakı-Tbilisi-Qars layihəsini reallaşdırmağa imkan yaratdı” sərlövhəli məqalədə Azərbaycan dövləti başçısının yeni Asiya-Avropa dəmir yollarının istifadəyə verilməsinin strateji əhəmiyyətini vurğuladığı çıxışından sitatlar gətirilir: “Onu da qeyd etməliyəm ki, bir çoxları, xüsusilə bəzi xarici dairələr Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə inanmırdılar. Hesab edirdilər ki, bunun reallaşması mümkün deyil, bunun reallaşması üçün lazım olan texniki imkanlar və maliyyə vəsaiti imkan verməyəcək ki, bu layihə gerçəkləşdirilsin. Ancaq üç ölkə göstərdi və sübut etdi ki, bu, mümkündür. Bizim güclü iradəmiz, qarşılıqlı dəstək, bir-birimizə inam olan yerdə bütün işləri görmək mümkündür. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi bunun əyani misalıdır. Əminəm ki, regional əməkdaşlığa ən böyük töhfə verən ölkələr - Azərbaycan, Gürcüstan və Türkiyə bundan sonra da daim bir yerdə olacaqlar, bir-birini dəstəkləyəcəklər. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi kimi nəhəng layihələr bizim birliyimizi, dostluğumuzu daha da möhkəmləndirir”. Azərbaycan Prezidentinin sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur.

 

Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi haqqında məqalələr, Prezident İlham Əliyevin çıxışından sitatlar, bu layihənin Asiya və Avropa üçün əhəmiyyəti barədə materiallar ərəb KİV-lərinin çoxunda, o cümlədən MENA Dövlət İnformasiya Agentliyində, “Al Youm Al Sabia”, “Al Şark Al Ausat”, “Royanyus”, “Vatannyus”, “Axbarak” və digər nəşrlərdə yerləşdirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam