Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Kreml Ermənistanın Türkiyə ilə sərhədinə qoşun yerləşdirir

 

Beynəlxalq KİV Livanın Al Mayadeen telekanalına istinadla Rusiyanın Suriyada Rusiya qoşunları kontingentinə dəstək üçün Ermənistanda hərbi baza yaratması barədə məlumat yayıb.

Xeberinfo.com:   Telekanalın yaydığı məlumata görə, Türkiyə sərhədi yaxınlığındakı yeni bazada 7000 Rusiya hərbçisi yerləşdiriləcək. Baza Moskva və Yerevanın hərbi əməkdaşlığı çərçivəsində tikilir. Kontingent Rusiyanın Suriyadakı kontingentinə dəstək məqsədilə Türkiyə sərhədi yaxınlığında yerləşəcək.

Rusiya prezidenti Vladimir Putin RF SQ-nin yeni bazasının Ermənistanda yerldirilməsi haqqında fərmanı bu yaxınlarda Moskva və Yerevan arasında hərbi əməkdaşlıq haqqında saziş çərçivəsində imzalayıb, deyə Ermənistan KİV-ləri məlumat yayıb.

Türkiyə mənbələri bildirir ki, Rusiya hərbiçiləri Suriyanın Latakiya şəhərindəki rus hərbi bazasına dəstək üçün məhz Türkiyə sərhədində yerləşdiriləcək. Həmin şəhərdə Rusiya təyyarələri və C-400 RƏM sistemi var.

Ekspertlərin fikrincə, Moskvanın məqsədi, çox güman ki, Suriyadakı kontingenti dəstəkləməkdən daha çox Ankaraya təzyiqi gücləndirməkdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam