Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Putin Ermənistan-Türkiyə sərhədinə 7 minlik seçmə ordu göndərir

 

Rusiya prezidenti Vladimir Putin Türkiyənin Suriya ilə sərhəddə Su-24 bombardmançısını vurmasına cavab olaraq bu ölkənin Ermənistanla sərhədinə təcili olaraq iri qoşun qruplaşması cəmləşdirmək barədə əmr verib.

Xeberinfo.com:   Bu sensasion məlumat bu gün bir sıra Rusiya nəşrlərində yer alıb.

Məlumata əsasən Putin ötən bazar günü noyabrın 29-da səhər Şimali Qafqaz hərbi dairəsində dislokasiya olunmuş 58-ci orduya Türkiyə-Ermənistan sərhədində dərhal radio-elektron mübarizə qüvvələrinin seçmə polklarını və briqadalarını, zenit sistemlərini, reaktiv yaylım atəşi sistemlərini, tank əleyhinə kompleksləri, motoatıcı və artilleriya qoşunlarını cəmləşdirmək barədə təcili əmr verib. Söhbət üst-üstə 7 minlik qoşun qruplaşmasından gedir. Məlumatın mənbəyi olaraq Rusiya Müdafiə Nazirliyinin məruzəsi göstərilir.

Ermənistanın Türkiyə ilə sərhədi boyu bu qoşun qruplaşmasının yerləşdirilməsinə hüquqi əsas verən sənəd kimi Putinin noyabrın 11-də imzalanmasını əmr etdiyi Ermənistan-Rusiya vahid hava hücumundan müdafiə sisteminin yaradılmasına dair razılaşma göstərilir.

Həmin sənəd ötən həftə baş nazir Dmitri Medvedyev tərəfindən yekun olaraq təsdiqlənib və qüvvəyə minib. Əslində isə Rusiya Ermənistana iri qoşun qruplaşması cəmləşdirməklə Türkiyəyə meydan oxumaq istəyir.

Bildirilir ki, Türkiyə ilə sərhəddə, Ermənistan ərazisində yerləşdirilən qoşun qruplaşmasını S-400 “Triumf” zenit-raket kompleksləri, “Krasuxa-4” radio-elektron mübarizə sistemləri mümkün hava hücumlarından müdafiə edəcək. Bu vasitələr Türkiyə hava məkanının 85 faizinə nəzarət etməyə imkan verir.

Məlumatı Rusiyanın və Ermənistanın müdafiə nazirlikləri nə təsdiq, nə təkzib edib. Həmçinin 7 minlik ordunun, tankların və zirehli birləşmələrin, ağır reaktiv yaylım atəşi sistemlərinin və digər hərbi texnikanın Ermənistan ərazisinə qısa müddətdə necə daşınacağı sual doğurur.

Çünki bu qoşunları və texnikanı Ermənistana quru yolu ilə ancaq Gürcüstan ərazisindən keçirmək olar. Gürcüstan isə Ermənistana Rusiya hərbi yüklərinin daşınmasına icazə vermir. Hərçənd ki, neçə vaxtdır Rusiyanın Ermənistandakı 102-ci Rusiya hərbi bazasına yükləri hava yolu ilə Gürcüstan üzərindən daşıdığı barədə məlumatlar var.

Su-24 təyyarəsinin vurulmasından sonra Rusiya Türkiyəyə qarşı sərt diplomatik, iqtisadi və siyasi tədbirlər görüb. Habelə Suriya ərazisində S-400 “Triumf” zenit-raket kompleksləri yerləşdirib, “Fort” zenit-raket sistemləri ilə təchiz edilmiş “Moskva” kreyseri Suriyanın Latakiyə şəhəri sahillərində mövqe tutub.

Rusiyanın Suriya əməliyyatlarında iştirak edən bombardmançıları isə hava reydlərinə qırıcıların müşayiəti ilə çıxır. Moskva Ankaranı hərbi cavab tədbirləri ilə hədələyir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam