Redaktor seçimi
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Günün xəbəri

Fərhad Əliyevin bankdakı payını Kəmaləddin Heydərov alıb?

 

Hikmət İsmayılov “Bank of Baku” ASC-nin yeni səhmdarı olub. Bu barədə bankdan yayılan məlumatda bildirilir. Lakin yeni səhmdar haqda ətraflı məlumat verilmir.

"Xeberinfo.com":  Məlumata görə, Turan-ın araşdırmaları bir sıra maraqlı məqamları aşkarlayıb. Belə ki, Hikmət İsmayılov “AzSigorta” ASC-nin 100%-lik təsisçisi və sahibidir. Bu şirkət “Gilan Holding” qrupunun strukturu hesab edilir. Bu sığorta şirkətinin kapitalı (bölünməyən mənfəət nəzərə alınmaqla 31 dekabr 2013-cü il üçün 36,6 mln mant olub. Maraqlıdır ki, Nicat və Tale Heydərovlara (FHN rəhbəri K.Heydərovun oğulları) məxsus “Gilan Holding” 2006-cı ildə yaradılan “AzSigorta”nı öz şirkətləri sırasına daxil edib. (http://web.archive.org/web/20141217092553/http://gilanholding.com/).

2008-ci ilin yanvarından 2012-ci ilin iyununa kimi kommersiya şəxslərin dövlət reyestri yalnız istifadəçilərə açıq idi. Bu dövrdə Hikmət İsmayılov “Azdəmir ltd” MMC-nin təsisçilərindən biri idi (sentyabr 2008-ci il). Maraqlıdır ki, bu şirkətə Xangah Əli oğlu Əhədpur direktor təyin edilmişdi. O, Heydərovların biznes şərikidir. “Caspian Fish Co. Azerbaijan” şirkətinin maraqlarını isə ölkədən kənarda “United Enterprises International” şirkəti təmsil edirdi (Heydərov qardaşları tərəfindən Britaniyada yaradılıb).

Xatırladaq ki, Hikmət İsmayılovun “Bank of Baku”da aldığı 21,11% səhm əvvəllər sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşı Rafiq Əliyevə məxsus olub(http://www.bankofbaku.com/az/about/reports/). Fərhad Əliyevin Kəmaləddin Heydərovla münasibətləri çox pis olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam