Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Eldar Qəribov “UniBank“ın səhmlərini aldı

 

Bakı Fond Birjası “UniBank Kommersiya Bankı” ASC-nin imtiyazlı səhmləri üzrə insayder sövdələşməsi haqqında məlumatı açıqlayıb

"Xeberinfo.com":  Bu, son bir il yarım ərzində ilk belə məlumatdır.
Məlumata görə, bu il iyunun əvvəlində bankın Müşahidə Şurasının sədri Eldar Qəribov UniBank-ın 183 825 ədəd imtiyazlı səhmini 2,91 manata (nominal dəyəti 2,72 manat) alıb.
Qeyd etmək lazımdır ki, satış tərəfi haqda məlumat açıqlanmır. Lakin məlumdur ki, məhz bu sayda səhmi 2013-cü ilin sentyabrında UniBank-ın o zamankı icraçı direktoru Cəlal Qasımov alıb. Bu ilin mayında o, “Pasha Holding” MMC-nin bank qrupunun rəhbəri, həmçinin “Kapital Bank” ASC-nin (“Pasha Holding” qrupunun üzvü) Müşahidə Şurasının sədri təyin edilib.
Alqı-satqı haqqında əqd C.Qasımovun “Kapital Bank”-da vəzifəsinin icrasına başlanmasından sonra bağlanıb.
Qeyd edək ki, bu əqddən öncə E.Qəribov UniBank-da 68,34% adi və imtiyazlı səhmə sahib olub.
UniBank-ın səhmdarları Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) -15,15%, Almaniya İnvestisiya Korporasyası (DEG) - 8,33%, həmçinin yerli və xarici fiziki və hüquqi şəxslərdir.
Dövriyyədə 20 796 000 ədəd sadə və 5 147 100 ədəd imtiyazlı səhm var. Bankın ödənilmiş nizamnamə kapitalı 70,5 mln. manatdır ("Turan").

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam