Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“AKKORD”un TƏSİSÇİSİ SƏMLƏRİNİ SATIB

 

“Akkord” korporasiyasının təsisçisi İlqar Hacıyev bildirib ki, payını sataraq səhmdarlıqdan çıxıb. Əqd məbləği və alan tərəf açıqlanmır.“Akkord” 2005-ci ildə İlqar Hacıyev tərəfindən MMC kimi təsis edilib və dövlətin maliyyələşdirdiyi iri investisiya layihələrinə cəlb edilib.

   "Xeberinfo.com": Şirkətin tikinti ilə məşğul olan istehsal müəssisələri var. Şirkət sonradan səhmləşdirilib. Qısa müddətə ölkədən xaricə çıxıb. Hazırda altı ölkədə (Gürcüstan, Albaniya, Almaniya, Türkiyə, Özbəkistan, Qazaxıstan) filial və nümayəndəliyi olan, 8 yerli SC və 16 şirkətdə iştirak payına nəzarət edən korporasiyadır.

2011-ci ildə səhmdarların strukturu dəyişib, Hacıyev korporasiya üzərində nəzarəti itirib. «Akkord» üzərində nəzarət Әşrәf Kamilova keçib. O, “VİP Estate”in sahibidir. 2011-ci ildə korporasiya bu şirkətdə 51% səhmə malik olub. Digər iki səhmdar (Hacıyev və Vəliyev) hərəsi 24,5% pay sahibi idi.
“Akkord” ASC-nin nizamnamə kapitalı 84 mln manatdan çox idi. Hacıyev nominal qiyməti 20 mln 580,4 min manat olan 1 176 023 səhmə sahib idi.

Hacıyev hökumət qəzetlərindən birinə deyib ki, Azərbaycan və Rusiyada developer fəaliyyəti ilə məşğul olur. O, Azərbaycanda İsveçrənin “NovaNord Holdings” şirkəti ilə əməkdaşlıq edir. Bu şirkətin iştirakı ilə Abşeronda (Ceyranbatan su anbarının yaxınlığında) 5 il ərzində 60 ha sahədə yaşayış kompleksi tikiləcək. Bütün tikililərin ümumi sahəsi 1 mln m2 dən çox olacaq.(Turan.İA)

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti mülkiyyətində olan işlənmiş nəqliyyat vasitələrini satışa çıxarıb. Şirkətdən fins.az-a verilən məlumata görə, siyahıda 735 müxtəlif texnika var. Bura yük avtomobilləri, avtobuslar, mikserlər və sair texnikalar aiddir.
Satışa çıxarılan texnikaların 500-dən çoxu yük avtomobilidir. Şirkətin elanında bildirilir ki, satışa çıxarılmış nəqliyyat vasitələrinin seçilməsi və qiymət razılaşdırılması üçün Bakı şəhəri, Zığ şossesi, Akkord nəqliyyat bazasına müraciət etmək lazımdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam