Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Azərbaycan xalq dastanları 3 diskdə buraxılıb

 

AMEA Folklor İnstitutunun Folklor studiyası tərəfindən Azərbaycan xalq dastanları 3 diskdə buraxılıb.

 

"Xeberinfo.com":  Məlumata görə, tərtib edənlər AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu (İmanov), fil.ü.f.d. Elxan Məmmədli, Miraslan Bəkirli, fil.ü.f.d. Elçin Abbasov, Elşad Məmmədovdur.

Dastan ifaçılığı haqqında geniş təsəvvür yaratmaq və bu ifaçılığı əvəzsiz bir sənət sahəsi olaraq gələcək nəsillərə ötürmək məqsədilə AMEA Folklor İnstitutu silsilə musiqi albomları buraxmağı vacib iş sayır. İlk albomda dastan ifaçılığına örnək olaraq Aşıq Hüseyn Saraclının ifasında “Əsli-Kərəm”, Aşıq Əkbərin ifasında “Novruz-Qəndab”, Aşıq İmran Həsənovun ifasında “Qurbani” dastanından əsas hissələr yer alıb. Hər 3 dastan Azərbaycan məhəbbət dastanlarının ən gözəl nümunələri sırasındadır.

Bildirək ki, Folklor studiyasının yaradılmasında məqsəd folklorun toplanması və konservasiyası prosesində texniki təminatın həyata keçirilməsi, elektron informasiya bazasının zənginləşdirilməsi, yüksək səviyyəli audio və video materialların hazırlanması işlərinin təmin edilməsidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam