Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Makedoniyalılar tariximizlə tanış oldular

 

Makedoniyalılar Azərbaycan tarixi və mədəni irsi ilə tanış olublar.

"Xeberinfo.com":Məlumata görə, Ağsuda Azərbaycan və Makedoniya mədəni irsini tanıdan silsilə tədbirlər keçirilib. Tədbir Mədəniyyət və Turizm Nazirliyi, AMEA Folklor İnstitutu, Ağsu rayonu İcra Hakimiyyəti, Makedoniya Mədəniyyət Nazirliyi, Makedoniya Sosio-Mədəni Antropologiya İnstitutu və İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin dəstəyi, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü ilə baş tutub.

Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksində "Azərbaycan və Makedoniyanın mədəni irs abidələri" fotosərgisinin açılışı olub. Ağsu rayonu İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev sərginin əhəmiyyətindən danışıb, Ağsuda mədəni irsə ictimai münasibətin yaxşı mənada artdığını qeyd edib.

MİRAS İctimai Birliyinin sədri Fariz Xəlilli Azərbaycan və Makedoniya arasında mədəni əlaqələrin genişləndiyini, 2014-cü ildə Ohrid şəhərində "Azərbaycanın arxeoloji inciləri" sərgisinin keçirildiyini xatırladıb.

Daha sonra Makedoniya Sosio-Mədəni Antropologiya İnstitutunun direktoru Rubin Zemon Azərbaycan və Makedoniya hökumətlərinin əməkdaşlıq memorandumu imzaladıqlarını və bu tədbirin əməkdaşlıq üçün yaxşı nümunə olduğunu bildirib.

Azərbaycan İqtisad Universitetinin professoru Abbas Seyidov, Texniki Universitetinin professoru Şikar Qasımov, Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Arif Əliyev və AMEA Folklor İnstitutunun elmi işçisi Atəş Əhmədli çıxış edərək Azərbaycan folkloru, onun digər xalqların folkloru ilə əlaqəsi və folklor turizmi haqqında geniş məlumat veriblər.

Ağsu şəhəri Mədəniyyət Sarayında Makedoniyanın Vevçani bölgəsindən olan KUD “Drimkol” folklor qrupunun ifasında rəqslər və MİRAS Musiqi qrupunun ifasında muğam dəstgahından ibarət mədəni proqram keçirilib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam