Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Abşeronda büdcə vəsaiti belə “yeyilib”:8637,4 min manat müəmması

Abşeronda büdcə vəsaiti belə “yeyilib”:

 

 Əsaslandırıcı hesablamalar aparılmamış, vəsaitlərin təyinatı dəyişdirilmişdir

Xeberinfo.com: Abşeron rayonunda dövlət vəsaitinin mənimsənilməsi ilə bağlı mediada silsilə yazılar dərc olunmaqdadır. Bu yazılarda rayon rəhbərliyi tərəfindən büdcə vəsaitlərinin xərclənməsindəki qanunazidd faktlardan tutmuş, icra başçısı İradə Gülməmmədovanın müxtəlif biznesi və s.-dən bəhs olunur. Bir müddət əvvəl xeberinfo.com-da yer alan İradə Gülməmmədova Abşeronu necə abadlaşdırır?”sərlövhəli yazıda da Abşeron rayon rəhbərliyinin suallar doğuran, rayon sakinlərinin kütləvi narazılığına səbəb olan fəaliyyətindən yazmışdıq. Maraqlıdır ki, nə İradə xanım özü, nə də ki, Abşeron Rayon İcra Hakimiyyəti bu yazıların heç birini cavablandırmır. Bu isə məlum səbəblərdən heç də birmənalı qarşılanmır... Bu gün isə Hesablama Palatası Abşeron Rayon İcra Hakimiyyəti və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlarda həyata keçirilmiş auditin nəticələrini açıqlayıb. Audit 4 qurumda həyata keçirilmiş və ümumilikdə 8637,4 min manat məbləğində vəsait əhatə olunmuşdur:

 

“Abşeron rayon İcra Hakimiyyəti və aidiyyəti qurumlar tərəfindən mənzil fondunun maliyyə təsərrüfat planı tərtib edilməmiş, gəlir və xərcləri müəyyənləşdirilərkən qeyri yaşayış sahəsi üzrə istismar yığımı nəzərə alınmamış, mənzil fondunun hər m2-ə düşən xərclər araşdırılmamış, mənzil fondunun zərəri proqnozlaşdırılarkən əsaslandırıcı hesablamalar aparılmamış, bir sıra hallarda vəsaitlərin təyinatı dəyişdirilməklə icra edilmişdir.

 

Qurumlar tərəfindən təsərrüfat gəlirləri hesabına maliyyələşməli xərclər bəzi hallarda büdcə vəsaiti hesabına ödənilmiş, müvafiq bölgüyə riayət edilmədən tələbatdan artıq alınmış vəsaitin təyinatı dəyişdirilərək təsərrüfat məqsədlərinə, o cümlədən dövlət büdcəsi ilə nəzərdə tutulmayan mənzil fondunun məişət və istehsalat tullantılarının daşınması xərclərinin, digər xərclərin, eləcə də vergi qanunvericiliyinə riayət edilməməsi səbəbindən vergi orqanları tərəfindən hesablanmış və tətbiq olunmuş maliyyə sanksiyasının ödənişinə yönəldilmişdir.

 

Bəzi hallarda mənzil fondunda əsaslı təmir işlərinin eyni ünvanda üst-üstə düşməsi və işlərin dəyərinin artırılması, satınalmalar üzrə qanunvericiliyin və əmək məcəlləsinin tələblərinin gözlənilməməsi, lift xidmətində əhalinin sayının az göstərilməsi,  və. s nəticəsində artıq ödənişlərə, həmçinin mövsümə uyğun olmayan alışlara vəsait yönəltməklə səmərəsiz xərclərə yol verilmişdir.

 

Auditlə əhatə olunan dövrdə bəzi qurumlar tərəfindən mal-materialların alışı əsasən nağd qaydada təhtəlhesab şəxs vasitəsi ilə həyata keçirilmiş, artıq material və vəsait silgisinə yol verilmişdir.

 

 

Milli Mühasibat Uçotu Standartlarına keçid təmin olunmamış, hesabat dövründə kommunal xidməti üzrə əhali və qeyri-əhali qrupu üzrə məişət tullantılarının daşınması işləri əsasnamələrinə uyğun vəzifə və funksiyasına aid olan müəssisələrə həvalə edilməmiş, ödəniş növbəliliyi gözlənilmədiyindən büdcə və sosial sığorta üzrə kreditor borcu auditlə əhatə olunan dövrdə artmışdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam