Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Gömrük şefi” postu uğrunda amansız savaş: Aydın Əliyev istefaya göndərilir

 

“Gömrük şefi” postu uğrunda amansız savaş... -

 

 
Xeberinfo.com:   Məlumata görə, hələ bir il əvvələdək hökumət çevrələrində adıçəkilən komitənin ümumiyyətlə ləğv edilməsi nəzərdə tutulubmuş. Dövlət aparatı xərclərinin azaldılması və hökumətin daha kompakt fəaliyyət göstərməsi adına bir sıra nazirlik və dövlət komitələriunin ya tamamilə ləğvini, ya da oxşar səlahiyyətlərə malik dövlət qurumlarının birləşdirilməsi zəruri sayılırdı. “Bu qurumlar arasında Dövlət Gömrük Komitəsinin adı ilkgünlərdən ön plana çıxırdı. Hökumətdə hesab edirdilər ki, Dövlət Gömrük Komitəsi ləğv edilməli, bu qurumun səlahiyyətlərinin bir qismi “ASAN xidmət”ə, bir qismi isə Vergilər Nazirliyinə verilməlidir. Amma sonradan adıçəkilən komitənin ləğvi təşəbbüsü arxa plana keçirildi, belə qərara gəlindi ki, Aydın Əliyevin sədri olduğu komitə saxlanılsın” deyə qaynağımız bildirib.
Mənbəmizin bildirdiyinə görə, bundan sonra DGK ilə bağlı əsas müzakirələr onun rəhbərliyinin dəyişdirilməsi istiqamətində inkişaf edib: “Nəticədə Aydın Əliyevin sözügedən qurumun rəhbərliyindən uzaqlaşdırılması, komitə daxilində ciddi struktur və kadr islahatlarına start verilməsi yönündə qərar qəbul olunub”.
“Azərbaycanın neft gəlirlərinin kəskin azalması vergi və gömrük orqanlarının səmərəli fəaliyyətini zəruri edib. Hazırda ölkə büdcəsinin formalaşmasında bu iki qurumun əhəmiyyəti kifayət qədər ön plana çxıb. Elə ona görə də Dövlət Gömrük Komitəsinin indiki situasiyada ləğvi məqsədəuyğun hesab edilməyib”, - bu da Qaynarinfo.Az saytına daxil olan informasiyanın səhihliyinə şübhələri azaldır. 
Qaynağımız əlavə edib ki, bütün bu iddialar fonunda DGK-nin hazirki sədri Aydın Əliyevin postundan kənarlaşdırılması heç bir ciddi şübhə doğurmurdu. Qeyd edək ki, 2006-cı ildən bu postu tutur. Onun komitə sədrliyinə gətirilməsi ilə ölkənin gömrük sistemində müsbətə doğru ciddi dəyişikliklər proqnozlaşdırılırdı. Amma bu baş vermədi. Üstəlik, gömrük orqanları fəaliyyətindən n çox narazılıq edilən dövlət qurumlarının ilk siyahısına yerləşdi. 
Son vaxtlar isə A.Əliyevin ona göstərilən etimadı tamamilə itirdiyi, gömrük orqanlarının qarşıya qoyulan məqsədləri həyata keçirməkdə çətinlik çəkməsi səbəbilə artıq hazirkli DGK sədrinin əvəzlənməsi yönündə qənaətlərin möhkəmləndiyi barədə xəbərlər intensivləşib. Saytımıza daxil olan məlumatda hökumət çevrələrində Azərbaycanın yeni “gömrük şefi”nin kimliyi barədə də müzakirələrin getdiyi bildirilir. 
Saytımıza daxil olan məlumata görə, bu sırada adı ön plana çıxanlardan biri Etibar Mirzəyevdir: “O, fövqəladə hallar nazirinin müavini, general-leytenantdır. Naxçıvanda anadan olan Mirzəyev hazırda Bakı dövlət Universiteti adlandırılan Bakı Dövlət Universitetini bitirib”.
Mənbəmiz digər namizədin Bakı şəhəri Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov olduğunu əlavə edib: “Vüsal Novruzov kifayət qədər arxalı fiqurdur, elə buna görə də indinin özündə gömrük sistemində nüfuz etibarilə hətta Aydın Əliyevi də kölgədə qoyduğu deyilir. Ona görə də DGK sədri təyin edilməsi heç kimdə şübhə doğurmayacaq”.
Qaynağımız namizədlər sırasında Bakının Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun da varlığını qeyd edib: “DGK-ni indinin özündə də qeyri-rəsmi nəzarətdə saxlayan fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxınlığı ilə bilinən Mikayılovun sözügedən posta iddiası bir neçə ildir davam edir. O, Aydın Əliyevi əvzələyərsə. Bu kimsədə təəccüb doğurmamalı, hətta təbii qarşılanmalıdır".
Beləliklə, ölkənin indikii iqtisadi-sosial situasiyasında Aydın Əliyevin postunun əhəmiyyəti daha qabarıq şəkildə görünür. Bu cür davam edərsə, biz tezliklə həmin postda yeni sima görə bilərik. 
Bir sözlə, 10 ildir DGK sədri işləyən Aydın müəllimin yaxın gələcəkdə hazırki vəzifəsi ilə vidalaşması getdikcə daha çox qaçılmaz təsir bağışlayır. Onun “varisi” olmaq uğrunda savaşı kimin qazanacağını isə zaman göstərəcək. Odur ki, gözləyək. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam