Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

FETÖ-nün maliyyə qaynağı: "MADO"-nun fəaliyyətinə son qoyula bilər

 

Restoranın Ramiz adlı rəhbəri və şərikləri Fətullah Gülənin adamı kimi tanınır

Xeberinfo.com:   15 iyul 2016-cı il tarixdə qonşu və qardaş Türkiyədə qanuni, konstitusion dövlətə qarşı qiyam qaldıran, dövlət çevrilişinə cəhddə bulunan və bu məqsədlə yüzlərlə insanı qanına qəltan etməkdən çəkinməyən ABŞ-ın Pesilvaniya ştatında yaşayan Fətullah Gülənin liderlik etdiyi FETÖ terrorçu qruplaşmanın iqtisadi dayaqları kifayət qədər möhkəmdir. Belə ki, bu terrorçu təşkilatın Türkiyə başa olmaqla bir çox ölkələrdə bankları, biznes strukturları, nəhəng obyektləri, kafe və restoranları, bankları, telekanal və qəzetləri mövcuddur. Düzdür, sözügedən çevriliş cəhdindən sonra Türkiyədə həmin obyektlərə qarşı ən sərt addımların atılsa da, FETÖ terrorçu qruplaşmanın iqtisadi dayaqları hələ də qalmaqdadır. Belə ki, mövzu ilə bağlı Gundelik-Baku.com-u bilgiləndirən məlumatlı şəxsin sözlərinə görə, fətullahçıların biznes şəbəkəsinə aid olan obyektlərdən biri də Türkiyənin məşhur kafe brendlərindən olan MADO şəbəkəsidir. 1992-dən fəaliyyətə başlayan MADO şəbəkəsinin hazırda Türkiyədə 200-dən çox kafesinin olduğunu vurğulayan mənbə bildirir ki, fətullahçıların Avstraliya, Kipr, İraq, Qətər, Dubay, Rusiya, Bolqarıstan, Səudiyyə Ərəbistanı, Bəhreyn və Azərbaycanda kafeləri mövcuddur: «Deyilənlərə görə, özünü Kahraman Maraş dondurmasının layiqli təmsilçisi kimi təqdim edən MADO şəbəkəsinin Bakıdakı filiallarını Ramiz adlı şəxs idarə edir. O və daha iki şəriki aktiv fətullahçıdırlar. Onların Gülən şəbəkəsinin üzvü olduqları artıq bir çoxuna bəllidir. Belə ki, Ramizi Fətullah Gülənin adamı kimi tanıyırlar. İş o yerə çatıb ki, artıq MADO fətullahçıların mütəmadi yığışdığı məkanlardan birinə çevrilib». Bakıda fəaliyyət göstərən MADO kafelərinin də Fətullah Gülənə «himmət parası» ödədiyini iddia edən məlumatlı şəxsin bildirdiyinə görə, artıq müvafiq qurumlar tərəfindən bu məsələ ciddi şəkildə araşdırılır: «Deyilənlərə görə, Fətullah Gülən şəbəkəsinə aid olan MADO restoranı aidiyyəti dövlət orqanları tərəfindən ciddi nəzarətə götürülüb. Bildirilir ki, artıq şirkətin rəhbəri bir neçə dəfə hüquq-mühafizə orqanları tərəfindən istintaqa çağrılıb. O da qeyd olunur ki, artıq şirkətin içərisində bəzi şəxslərin ixtisarına başlanılıb. Deyilənlərə görə, ixtisar edilənlər arasında Gülənin liseylərini bitirənlərin çoxluğu diqqət çəkir. Onu da nəzərinizə çatdırım ki, belə davam edərsə, o zaman gənc fətullahçıların sevimli məkanına çevrilən MADO-nun fəaliyyətinə tezliklə tamamilə son qoyula bilər».

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam