Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

“Azərbaycan Silahlı Qüvvələrində də “FETÖ”-nun bağlantıları ola bilər”

turk kursat atilqan“Fətullahçıların (FETÖ) bağlantıları Azərbaycan Silahlı Qüvvələrində də ola bilər. Bu cür məsələlərlə bağlı Azərbaycan dövləti ciddi araşdırma aparmalıdır”.

Xeberinfo.com:  Bu fikirləri Türkiyə Hava Təşkilatı Universitetinin rektoru, Türkiyə Hərbi Hava Qüvvələrinin ehtiyatda olan general-mayoru, sabiq millət vəkili Kürşat Atılgan bildirib.

General deyib ki, bir çox ölkələrin ordularında Fətullah Gülənin tərəfdarları ola bilər.

Onun sözlərinə görə, Azərbaycan da bu cür təhlükələrdən sığortalanmayıb: “İndi Türkiyə Silahlı Qüvvələrinin bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da hərbi vəzifəli şəxsləri vardır. Ancaq onların “FETÖ”  ilə əlaqəsi olsaydı, indiyədək bu məlum olardı. Əminəm ki, Türkiyə hökuməti Azərbaycanda çalışan hərbiçilərin Fətullah Gülənlə bağlılığını araşdırıb. Əgər indiyədək Azərbaycanda çalışan Türkiyə Silahlı Qüvvələrinin hərbiçilərindən kimsə ölkəyə geri çağırıımayıbsa, deməli, burada narahatlıq yoxdur. Amma bunu Azərbaycan Silahlı Qüvvələri üçün demək olmaz. Gərək ki, Azərbaycan tərəfi də Silahlı Qüvvələrində “FETÖ” terror təşkilatına bağlı adamların olub-olmamasını ciddi araşdırsın. Bir jurnalist olaraq bunu siz də araşdırmalısınız və Azərbaycan Silahlı Qüvvələrinin gənc zabitlərinin davranışlarına diqqət etməlisiniz.

Digər tərəfdən isə mən bildiyim qədər, Azərbaycanda Fətullah Gülənə bağlı məktəblər bağlanılıb. Ancaq “FETÖ”  Silahlı Qüvvələrə də sıza bilər. Bunun üçün də mütləq araşdırma aparmaq lazımdır”.

Kürşat Atılgan qeyd edib ki, Türkiyənin Hərbi Hava Akademiyasının Azərbaycandan olan məzunlarının sayı da kifayət qədərdir:

“Mən 1997-2001-ci illərdə Türkiyənin Hərbi Hava Akademiyasında alay komandiri olmuşam. Həmin vaxtı Azərbaycandan gələn kursantlar var idi. Biz onları hazırlayıb məzun etdik. Həmin vaxtı da Fətullah Gülənin təşkilatı ilə mübarizə təsirli idi. Ona görə də biz o illərdə Fətullah Gülənin məktəblərində təhsil almış insanları Hərbi Akademiyaya götürmürdük. Doğrudur, o dövrdə mən hərbi akademiyada Azərbaycandan təhsil alanların arasında Fətullah Gülən tərəfdarların rast gəlməmişdim. Bu gün Allahdan arzum da odur ki, Azərbaycan ordusunda Fətullah Gülən tərəfdarları olmasın. Ancaq Azərbaycan dövləti yenə də buna ayıq-sayıq yanaşmalı və lazımı araşdırmalar aparmalıdır”.

Kürşat Atılgan həmçinin vurğulayıb ki, 15 iyul hadisələrinin başında Akın Öztürkün dayandığı deyilsə də, ancaq hadisələr göstərir ki, o ən başda dayanan adam deyil:

“Bu hadisələrin başında Fətullah Gülən və xarici dairələrlə yanaşı, Türkiyədən olan başqa şəxslər də dayana bilər. Türkiyə dövləti bunu ciddi araşdırır və yaxın zamanda kimin kim olması tam üzə çıxacaq”.

Kürşat Atılgan “15 iyul hadisələrindən əvvəl Akın Öztürkün qiymaçı olmasından heç şübhələndinizmi?” sualına isə belə cavab verib:

“Akın Öztürk Hərbi Hava Qüvvələrinin iki ordu generalından biri idi. Onun qiyamçı olacağını heç kəs düşünməzdi. Ancaq Akın Öztürkün kürəkəni Hakan Karakuşun Fətullah Gülənə yaxın olması barəsində fikirlər hələ bir neçə il əvvəl də var idi. Deyirdilər ki, Hakan Karakuş Fətullah Gülən tərəfdarıdır və sairə. Amma heç kəs bunların bu qədər təhlükəli olduğuna inanmırdı”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam