Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“FETÖ-nün Azərbaycanda çevrilişə cəhd etmək potensialı var”


 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışlarından birində Fətullah Gülənin terror təşkilatına qarşı mübarizənin digər ölkələrdə də başlaması zərurətinə toxunub.

Xeberinfo.com:   Məlumata görə, bu çıxışdan sonra Türkiyə KİV-ləri FETÖ-nün daha hansı ölkələrdə nüfuz sahibi olmasından yazır. Və bu kontekstdə Azərbaycanın da adı tez-tez çəkilir.

“Star” qəzetinin yazdığına görə mövzuya yaxından bələd olan yazar Latif Ərdoğan FETÖ-nün 80-ə qədər ölkədə nüfuz sahibi olduğunu deyir. Lakin onun fikrincə 15 iyul hərbi çevriliş cəhdi hər şeyi dəyişdirib. Ərdoğana görə Türkiyəni ələ keçirmək istəyən FETÖ-nün məktəblər açdığı başqa ölkələrdə də eyni yolla hakimiyyətləri ələ keçirməyə cəhd etməsi istisna deyil.

“Örgütün 35 il əvvəl təşkilatlanmağa başladığı ölkələr olan Azərbaycan, Qırğızıstan, Türkmənistan kimi türkdilli respublikalarda çevrilişə cəhd etmək potesialı var. Son 40-20 il arasında 80-ə qədər ölkədə təşkilatlanıblar. Afrika respublikalarında daha təsirli ola bilərlər. Lakin bu çevriliş cəhdləri Gülənin kefi istəyəndə yox, Mərkəzi Kəşfiyyat İdarəsi istəyəndə baş verəcək”-Ərdoğan deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam