Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Ayaq tutub, yeriməyən yalanlar

                                                   

 

Son günlər İsmayıllı rayonu ilə bağlı bəzi KİV-ndə qərəzli yazılar dərc olunur

Sosial-iqtisadi inkişaf, abadlıq-quruculuq işləri və görmək istəməyən gözlər...

 

“Xeberinfo.com”:   Iki il əvvəl-2013-cü ilin ilk ayında İsmayıllı rayonunda məlum xalq etirazları o zamankı əmək və əhalinin sosial müdafiəsi naziri olan Füzuli Əlkbərovun oğlu Vüqar Ələkbərova məxsus “Çıraq” hotelin yandırılması ilə nəticələndi. Həmin dövrdə İsmayıllı rayonuna Füzuli Ələkbərovun qardaşı Nizami Ələkbərov rəhbərlik edirdi. Bu olaydan bir neçə gün sonra cənab prezident İlham Əliyev Nizami Ələkbərovun İsmayıllı rayon icra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi ilə bağlı sərəncam imzaladı.

Cənab prezident İsmayıllı rayonunda yaranmış yumşaq desək arzuolunmaz vəziyyəti nəzərə alaraq, əslən bu rayondan olan böyük idarəçilik təcrübəsinə və elmi potensiala malik bir şəxsi, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru professor, əməkdar elm xadimi Mirdaməd Sadıqovu İsmayıllı rayon icra hakimiyyətinin başçısı təyin etdi. Bir icra haikimiyyətinin başçısı üçün məlum mənada böyük zaman olmasa da, Mirdaməd Sadıqov bu müddətdə etiraf olunası uğurlara imza atıb. Bundan ötrü rayonun məlum statistik göstəricilərini xatırlatmağa lüzum duymuruq. Zatən istənilən şəxs üçün bu göstəriciləri görmək və etiraf etmək sadəcə istək istəyir... Statistika öz yerində, regionda lik velosiped zavodu məhz İsmayıllıda tikilməkdədir...  

Təəssüf ki, görülən işləri, əldə olunan uğurları görmək istəməyən yerli və kənar şəxslərlə bərabər bəzi həmkarlarımız da var. Son günlər bəzi Kütləvi İnformasiya Vasitələrində (KİV) İsmayıllı rayonu və bu rayonun icra başçısı Mirdaməd Sadıqovla bağlı həqiqətə uyğun olmayan yazılar dərc olunmaqdadır. Böhtan, şər-şəbədə dolu məlumatların yer aldığı bu yazılarla kimlərsə, hansısa iyrənc məqsədlərinə nail olmaq istəyirlər. Açıq-aşkar görünən odur ki, kimlərsə cənab Sadıqovun qısa zamanda rəhbərliyi dövründə İsmayıllı rayonundakı sosial-iqtisadi inkişafı ya görmür, ya da görmək istəmirlər. Olsun, bunu hansısa xirda kəsim arzulaya bilər: amma həqiqəti görüb və etiraf edən ismayıllılar fərqli fikirdədirlər. Biz bu müsbət mənada fərqli qənaəti apardığımız müşahidə və sorğularla isbatladıq...

Bəzi KİV-ndə yer alan yazılarla bağlı biz də müəyyən araşdırmalar apardıq. Heç şübhəsiz ki, bu araşdırmalarımızda ilk növbədə sadə ismayıllıların fikirlərini öyrənməyə çalışdıq. Təqaüdçü olduğunu bildirən Əbdüləli Əliyev bizimlə söhbətində son iki ildə rayondakı dəyişiklikdən danışdı: “İsmayıllının təbii gözəlliyi hər kəsə məlumdur. Adlı-sanlı ünvanlarımız yerli və xarici turistləri həmişə özünə cəlb edib. Əbəs yerə İsmayıllını Azərbaycanın mirvarisi adlandırmırlar. Amma son iki ildir ki, rayonumuzun həm mərkəzi, həm də görməli kənd yolları abadlaşmaqdadır. Indi İsmayıllının mərkəzi öz abadlığı və gözəlliyi ilə göz oxşayır. Bu abadlıq-quruculuq işlərində isə tarixi memarlıq üslubları da unudulmayıb. Rayonumuz keçmişlə müasirliyi özündə cəmləyir. Həm də bu yenilik rayon mərkəzi ilə yekunlaşmır. Ən ucqar kəndlərimizin yolları yenilənir, asfalt yollar çəkilir. Rayon sakinlərinin sosial müdafiəsi də yaxşı təçkil olunur. İdarə-təşkilatlarda əvvəllər qarşılaşdığımız problemlər indi yoxdur. Şübhəsiz ki, bütün bunlar cənab prezidentimizin qayğısı və rayonumuzun icra başçısı Mirdaməd müəllimin işgüzarlığı sayəsindədir”.

İsmayıllı rayonunda çoxları ilə söhbətləşdik, lazımı jurnalist araşdırmaları apardıq və demək olar ki, eyni qənaəti bölüşdük. Hər kəs son bir-iki ildə İsmayıllıda inkişafdan və quruculuqdan danışdı. Məlum oldu ki, bəzi bədhaq mənbələrin KİV-nə ünvanladığı məlumatlar şəxsi maraqlara hesablanmış dedi-qodudan başqa bir şey deyil. Bu arada isə məşhur atalar sözünü xatırlamamaq olmur: “Yalan ayaq tutar, amma yeriməz”.

 

 

Emin              


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam