Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İsmayıllı rayonu olduğu kimi!

 

 

Abadlıq, inkişaf, quruculuq və bu həqiqətə kor olmaqlıq

 

“Xeberinfo.com”: Redaksiyamıza İsmayıllı rayonunun bir qrup ictimaiyyatının müraciəti daxil olub. Müraciətdə son illər İsmayıllı rayonunda reallaşan quruculuq işlərindən, iqtisadi-sosial inkişafdan və bu həqiqətlərə atılan şər-şəbədədən bəhs olunur. Müəyyən oxucu kütləsi üçün maraqlı olacağını nəzərə alıb, müraciəti olduğu kimi dərc edirik:

 Çox hörmətli  həmkarlar!

Haqq yolunu azanlardan, düzü əyri yazanlardan, haqqı nahaqqa yozanlardan, ədalətə, obyektivliyə göz yumanlardan uzaq olduğunuz üçün Sizə müraciət etməyi məsləhət bildik. Adını çəkib, səhifələrinizə milçək ləkəsi gətirmək istəmirik. Yalnız onu demək istəyirəm ki, dünyaya Allahın bəxş etdiyi gözlə yox, mədəsi və qarnı ilə baxanlar İsmayıllıda müsbət heç nə görmürlər. İnkişafdan, yüksəlişdən, mədəni-mənəvi quruculuqdan, tikinti-abadlıq işlərindən yazmaq belələri üçün ölümə bərabərdir. Şər-böhtandan, yalan və iftiradan çörək qazanmaq istəyirlər. Başqasına çirkab atmaqla özlərini təmizə çıxarmaq məqsədi güdürlər. Cavabsız  qaldıqca da özlərini haqlı bilirlər. İsmayıllıda inkişafın, yüksəlişin sürətini göstərən bir neçə yazını diqqətinizə çatdırırıq. Ümid edirik ki, dərc etmək obyektivliyi ilə seçilən saytınızın marağında olacaq.

 

İsmayıllı Rayon İcra Hakimiyyətinin Mətbuat Xidməti

 

 

Təşəkkür məktubu

 

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı cənab M. Sadıqova

 

Hörmətli Mirdaməd müəllim!

Biz, Böyük Vətən müharibəsi veteranları və rayon ağsaqqalları Sizə səmimi təşəkkürümüzü bildiririk ki, biz veteranlara və ağsaqqallara İsmayıllı şəhər Heydər Əliyev adına prospektdə tikilmiş və açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də iştirak etdiyi Yeni Azərbaycan Partiyasının inzibati binasında hər cür şəraiti olan iş otağı ayrılmasına sərəncam vermisiniz.

Bizlərə olan qayğıkeşliyinizi daima görür və hiss edirik. Göstərilən qayğıya cavab olaraq biz bundan sonra da rayonumuzda yetişməkdə olan yeniyetmələrin və gənclərin hərbi vətənpərvərlik və vətənə məhəbbət ruhunda tərbiyələnməsində təcrübə və biliyimizi əsirgəməyəcəyik.

Bir neçə müharibə görmüş veteranlar kimi Sizə dərin təşəkkürümüzü bildiririk!

Hörmətlə:

Abduləli Əliyev,

İsmayıllı rayon Veteranlar Şurasının sədri        

 

 

Rayonda aparılan islahatlar böyük inkişafın təməlidir
Azərbaycan əlverişli coğrafi mövqeyinə, təbii sərvətlərinə, iqliminə görə nəinki Qafqazın, bütün dünyanın gözəl bölgələrindən biridir. Bu özəlliklərindəndir ki, ölkəmiz hər zaman əcnəbi səyyahların və iş adamlarının diqqət mərkəzində olub. Azərbaycan təbiətinin füsunkarlığı, cazibədarlığı bu gün də Odlar Yurduna turist axınını səciyyələndirir. Dağlardan, meşələrdən, çaylardan zövq almağı bacaran insanların Azərbaycanda ilk yadına düşən rayonlardan biri də Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində yerləşən İsmayıllıdır.
İsmayıllı qədim Şirvanşahlar və Girdiman dövlətlərinin əsas yaşayış məskənlərindən olmaqla, həm də möcüzəvi təbiətə malik bir diyardır. Bu yurdun, demək olar, bütün kəndlərinin havası, suyu, torpağı, çiçəyi, otu can məlhəmidir. Başı qarlı Baba dağının ətəklərində özünə sığınacaq quran ismayıllılar qədim peşələri və sənətləri qoruyub yaşatmaqla, ölkəmiz üçün daim mühüm əhəmiyyət kəsb edib. Basqal, Sulut, Tircan, Lahıc kimi məşhur kəndlər bu gün də sənətkarlıq mərkəzləri kimi öz dəyərlərini qoruyub saxlayır...
İsmayıllı həm də ustad aşıqlar, ilhamlı şairlər, dəyərli alimlər məskənidir. Bu qədər əhəmiyyəti, dəyəri, qiyməti olan İsmayıllının bugünkü vəziyyəti, əlbəttə ki, bizləri də maraqlandırmaya bilməz. İstədik oxucularımızı da bu ünlü yurdun hazırkı həyat səviyyəsi ilə yaxından tanış edək.

 

Dönüş dövrü

 

Məlum olduğu kimi, müstəqil Azərbaycanımızda son dövrlərdə regionların sosial-iqtisadi inkişafı məqsədilə dövlət proqramları həyata keçirilir. Bu dövlət proqramları artıq üçüncü mərhələdədir. Lakin 2013-cü ilə qədər İsmayıllıda nəzərə çarpacaq dərəcədə islahatlar həyata keçirilməmişdi. Yerli məmurların bürokratik əngəlləri nəinki bu rayonu inkişaf tempindən saxlamışdı, hətta əhalinin uğurlu gələcəyə olan ümidlərini də sarsıtmışdı. Təbii ki, bu hal ölkə başçısı, Prezident İlham Əliyevin də diqqətindən qaçmadı. İsmayıllıların etirazlarını eşidən möhtərəm Prezident, səhlənkar rayon rəhbərlərinin şəxsi mənafelərini güdməsi ucbatından illərdən bəri yığılıb qalan problemlərin həll olunmasına yol açdı. Belə ki, dövlət başçısının 14 fevral 2013-cü il sərəncamı ilə Əməkdar elm xadimi, iqtisad elmləri doktoru Mirdaməd Sadıqov İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı təyin olundu. Bundan sonra rayonda köklü islahatlara start verildi.


Mirdaməd Sadıqov elm adamı olmaqla yanaşı, insanların ehtiyaclarının nədən yarandığını və bu qayğıların necə həll olunması yollarını da çox yaxşı bilir. Rəhbər işçiyə də məhz belə keyfiyyətlər lazımdı ki, taleyinə cavabdeh olduğu əhalinin hörmətini, rəğbətini qazana bilsin. Bu səbəbdəndir ki, Mirdaməd müəllim İsmayıllıya başçı təyin olunandan az sonra rayonda əhəmiyyətli dərəcədə canlanma yarandı. Aradan iki il ötməsinə baxmayaraq, rayonda böyük tikinti-quruculuq, abadlıq işləri görülüb, yeni iş yerləri açılıb...


İsmayıllı Rayon  İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd  Sadıqova minnətdarlıq məktubları:

 

Hörmətli Mirdaməd müəllim!

14 aprel 1988-ci ildə Sovet Uşaq Fondunun Azırbacan Respublikası Şöbəsi yaradılmış, 1991-ci ildən isə Azərbaycan Uşaq Fondu kimi fəaliyyət göstərir. Uşaq Fondları Beynəlxalq Assosiasiyasına daxildir. Fondun sədri Assosiasiyanın vitse prezidentidir.

Bu 27 il müddətində Fond, onun şəhər və rayon şpbələri uşaqların sosial müdafiəsinə yönəldilmiş çox əhəmiyyətli tədbirlər həyata keçirmişlər.

1988-2015-ci illər ərzində Fond tərəfindən 350 minə qədər uşağa və 600 uşaq təşkilatına maddi və mənəvi köməklik göstərilmişdir.

Fondun fəalları, Azərbaycan Respublikasının yerli İcra Hakimiyyətləri, rayon Uşaq Şöbələrinin sədrləri uşaqların problemlərinin həlli və hüquqlarının müdafiəsi istiqamətində çox dəyərli, misilsiz işlər həyata keçirmişlər.

Bu xeyriyyə işlərinin həyata keçirilməsində İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı kimi fəaliyyətinizi Azərbaycan Uşaq Fondunun rəyasət heyəti xüsusi qiymətləndirir və Sizə dərin minnətdarlığını bildirir.

Sizdən Fondun İsmayıllı Rayon Şöbəsinin sədri Rasim Orucovun fəaliyyətinin xüsusi qeyd olunmasını xahiş edirik.

İ.İbrahimov,

Azərbaycan Uşaq Fondunun sədri, akademik

 

Hörmətli Mirdaməd müəllim!

Azərbaycan Respublikası Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dövlət  ailə siyasətinin həyata keçirilməsi və dəstəklənməsi məqsədi ilə cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsiƏ ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, ailədə sülh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin təbliği istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir.

Bu istiqamətdə həyata keçirilən tədbirlərin bir hissəsi olaraq, Komitə tərəfindən 15 may 2015-ci il tarixində Şəmkir rayonunda “Beynəlxalq Ailə Günü” münasibəti ilə keçirilən “Ailə bayramı”nda Respublikanın müztəlif şəhər və rayonlarını təmsil edən nümunəvi ailələrin yüksək səviyyədə iştirak etməsi cəmiyyətin ailə dəyərlərinə olan hörmət və ehtiramının bariz ifadəsidir.

Bu münasibətlə keçirilən bayram tədbirində rəhbərlik etdiyiniz rayonu uğurla təmsil edən ailəyə və şəxsən Sizin timsalınızda İsmayıllı Rayon İcra Hakimiyyətinin kollektivinə dəstəyə görə dərin təşəkkürümüzü bildirir, rayonunuzu təmsil edən Qədirovlar ailəsinin “Yaradıcı ailı” naminasdıyası üzrə qalib olması münasibətilə təbrik edirik.

Hörmətlə:

Hicran Hüseynova

 

Azərbaycan Respublikası Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam