Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Səlim Müslümovdan icra başçısına “tərs sillə”

 

               

          Şahin Məmmədovun “vurduğu” kadra nazir vəzifə verdi

            

          Bu təyinatın arxasında böyük nüfuz sahibinin dayandığı iddia olunur

 

       “xeberinfo.com”: Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Ağcabədi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin sabiq müdiri Əbülfət Qasımovu yenidən bu mərkəzə rəhbər təyin edib. Bu təyinatın arxasında güclü şəxslərin dayanması həqiqətdən uzaq deyil.

       Hələlik isə Əbülfət Qasımovla bağlı bəzi məqamlara aydınlıq gətirməyə çalışaq. Əbülfət Qasımov bir neçə il öncə Ağcabədi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müdiri olanda çox ciddi problemlə üzləşmiş, hətta azadlığını itirmək ərəfəsinə gəlmişdi. Həmin dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəhbərlik edən Füzuli Ələkbərov Əbülfət Qasımovun cəza almasına imkan vermədi.

     Mərkəz müdirinin problemlərinin yaranmasında isə Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədovun dayanması haqqında o zaman məlumat yayılmışdı. Həmin dövrdə mediada belə məlumat yayılmışdı ki, nazir Füzuli Ələkbərov icra başçısı Şahin Məmmədovun Əbülfət Qasımovu özünün iradəsinə tabe etdirmək və ƏSMM-i icra hakimiyyətindən idarə olunan quruma çevirmək istəyinə mane olub. Bundan sonra Əbülfət Qasımovun fəaliyyətindən “şikayətçilər tapılıb” və onların müraciətləri əsasında ƏSMM-də yoxlamalara başlanılıb. Bu yoxlamaların nəticəsində isə Əbülfət Qasımovun həbsi məsələsi də gündəmə gəlmişdi. Ancaq nazir Füzuli Ələkbərovun məsələyə müdaxiləsi Əbülfət Qasımovu təhlükəli vəziyyətdən xilas etdi. Bundan sonra Füzuli Ələkbərov Əbülfət Qasımovu Bakının Şağan qəsəbəsində yerləşən Müharibə Əlillərinin Müalicə Pansionatına rəhbər təyin etdi. Füzuli Ələkbərov Əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edildikdən sonra çoxları elə düşünürdü ki, yeni nazir Səlim Müslümov Əbülfət Qasımovu tezliklə bu vəzifədən azad edəcək.

    Səlim Müslümovun bunun əvəzinə Əbülfət Qasımova daha yüksək vəzifə verməsi bu məmurun daha güclü himayəçisinin olduğunu düşünməyə imkan verir. Səlim Müslümovun bu təyinatı Ağcabədidə birmənalı qarşılanmayıb. Çünki, Əbülfət Qasımov birinci dəfə Ağcabədi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müdiri işləyəndə rayon sakinləri onun fəaliyyətindən narazı olublar. İndi bu şəxsin yenidən Ağcabədi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müdir təyin olunması anlayışla qarşılanmır. Əbülfət Qasımovun yenidən Ağcabədi rayon Əhalinin Sosial Müdafiəsi Mırkəzinin müdiri təyin olunmasını icra başçısı Şahin Məmmədovun mövqeyinin zəifləməsi kimi də qəbul edənlər var. Bəzi şəxslər hesab edir ki, icra başçısı Şahin Məmmədovun mövqeyi zəifləməsə Səlim Müslümov Əbülfət Qasımovu Ağcabədi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müdir təyin edə bilməzdi.

     Lakin fərqli düşünənlər də var. “xeberinfo.com”ya daxil olan məlumata görə Əbülfət Qasımovun yenidən Ağcabədi rayon Əhalinin Sosila Müdafiə Mərkəzinə rəhbər təyin olunması onun Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanovla bağlılığından doğub. Belə məlumatlar var ki, Əbülfət Qasımovun bu vəzifəyə təyinatı məhz Əhliman Əmiraslanovun xahişi nəticəsində baş tutub.

    Mövzunu aktuallığını nəzərə alıb gündəmdə saxlamağa çalışacağıq. Yazıda adları çəkilən şəxslərin də mövqeyini öyrənməyə cəhd edəcəyik.

 

       Əli

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam