Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Son dəyişikliklərə hansısa kadrın vurulması kimi şərh vermək çox bəsit yanaşmadır” -Millət vəkili

“Bu məzmunda sərəncamın verilməsi mənim üçün də bir qədər təəccüblü oldu və açığı, daha çox gözlədiyim ilk öncə hökumətin tərkibində paralel strukturların bir-birinə birləşdirilməsi və daha çevik qərarlar qəbul edən hökumət modelinə keçilməsi idi”.

Yenixeber.org:   Bu sözləri “Yeni Musavat” qəzetinə müsahibəsində deputat, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa dövlət başçısının Pezident Administrasiyasındakı kadr təyinatlarını şərh edərkən deyib.

Deputatın fikrincə, görünür, ölkə prezidenti ilk olaraq dəyişiklikləri öz adminstrasiyasından başlamaqla hökumətlə bağlı struktur dəyişiklikləri aparmaq üçün ciddi zəmin hazırladı: “Dəyişikliklər barədə hansısa kadrın vurulması, hansıların da səlahiyyətləndirilməsi kimi şərhlər vermək çox bəsit bir izah olaraq görünməkdədir. Hələlik hansısa vəzifəyə təyin olunmayan şəxslər vəzifəyə təyin olunanlar qədər bu hakimiyyətə sadiq və peşəkar kadrlardır”.

F. Mustafanın sözlərinə görə, burada əsas məqsəd prezidentin cəmiyyətlə daha sıx əlaqəsinin qurulması üçün sahələr üzrə köməkçi modelinin şaxələnməsinə üstünlük verməsi idi. Bununla yanaşı, həmin köməkçilərin şöbə müdirləri olaraq adminstrasiyanın içində saxlanması dövlət idarəetməsində bürokratik mexanizmlərin pozulmamasına da diqqətlə yanaşıldığını göstərir: “Burada əsas yenilik gənclər və idman siyasətinin prezident üçün prioritet məsələ olaraq önə çəkilməsidir. Digər yenilik isə birinci vitse-prezidentin fəaliyyətinin effektivliyini təmin edən müvafiq aparatın formalaşdırılması qeyd oluna bilər”.

Deputat qeyd edib ki, son qərarların gələn il keçiriləcək prezident seçkiləri üçün ön hazırlıq tədbirləri kimi xarakterizə olunması ehtimalına üstünlük verir:“İqtidarın növbəti prezident seçkilərinə çox ciddi yanaşması və bu istiqamətdə lazımi addımlar atması təəccüblü görünməməlidir. Əslində institusional islahatların başlanğıc tarixini biz ötən ilin sentyabrında keçirilən referendumla əlaqələndirsək daha doğru yanaşma olardı. O zaman xeyli radikal və gözlənilməz struktur dəyişikliyi barədə qərarlar qəbul olundu və referendumdan sonra yaxın tarixlərdə bu dəyişikliklərin baş verməsi üçün zəmin yarandı. Azərbaycanda yeni mərhələnin başlanğıcı isə heç şübhəsiz, Mehriban xanım Əliyevanın birinci vitse-prezident təyin olunması hadisəsidir və bununla həm yeni idarəetmə institutu gündəmə girdi, həm də yeni siyasi obrazın siyasi mühitimizə fərqli çalar gətirməsi faktı baş verdi.

F. Mustafanın sözlərinə görə,  Heydər Əliyev Fondunun prezidenti, millət vəkili kimi Mehriban xanım onsuz da ictimai-siyasi proseslərin içində aktiv rol alırdı, lakin birinci vitse-prezident olaraq daha ciddi siyasi məsuliyyətin daşıyıcısına çevrildi: “Bizim kimi yarı-Şərq, yarı-Avropa modelli cəmiyyətlərdə bir xanımın istər dövlət işlərində, istərsə də beynəlxalq səviyyəli mədəni-kütləvi tədbirlərin keçirilməsində bu qədər ciddi təşkilatçılıq məsuliyyətini öz üzərinə götürüb uğurla yekunlaşdırması həqiqətən böyük cəsarət tələb edir, bu baxımdan da Mehriban xanımın birinci vitse-prezident kimi dövlətin ikinci ən məsul mövqeyinə təyin olunması ölkə prezidentinin gerçəkləşdirəcəyi institusional islahatlarının intensivliyinə əhəmiyyətli təsir göstərə bilər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam