Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Qorbaçov Tramp və Putini razılığa çağırdı

 

ABŞ və Rusiya bir-birini təlaşlandırmamalı və qorxutmamalıdır.

Yenixeber.org: Bu sözləri “Anadolu” agentliyinə açıqlamasında SSRİ-nin son prezidenti Mixail Qorbaçov son vaxtlar gərginləşən ABŞ-Rusiya münasibətlərini şərh edərkən deyib.

Qorbaçov vəzifəyə gəldiyi ilk dövrlərdə iki ölkə arasındakı münasibətlərin sadəcə polemika və qarşılıqlı ittihamlardan ibarət olduğunu bildirib:

“ABŞ-ın keçmiş prezidenti Ronald Reyqan ilk vaxtlarda mənə yuxarıdan aşağı baxırdı. Amma ona dedim ki, sən mənim müəllimim deyilsən. Bu qarşı tərəfin xətrinə dəyməyəcək bir cümlə idi”.

Qorbaçov əvvəlki dövrlərdən fərqli olaraq hazırda iki ölkə rəhbərliyinin nüvə silahının yaratdığı böyük təhlükənin fərqində olduğunu qeyd edib.

Ən çətin vəziyyətdə belə davamlı qarşılıqlı görüşlərin keçirilməsinin və dialoq üçün açıq qapı saxlanılmasının lazım olduğunu bildirən eks-prezident amerikalı və rus liderlərin çox gec olmadan uzlaşma yoluna qədəm qoymalarının vacibliyini vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam