Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Sübut etməsə, şərəfsiz deyəcəm!” -Fazil Mustafadan Sərdar Cəlaloğluna xəbərdarlıq

 

Deputat Fazil Mustafa ilə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun dini mövzudakı mübahisələri dərinləşib.

 

Xeberinfo.com:   Qeyd edək ki, S. Cəlaloğlu “Qafqazinfo”ya müsahibəsində Fazil Mustafanı nurçu olmaqda və məzhəbçilikdə ittiham etmişdi. Fazil Mustafa isə S. Cəlaloğlunu İranpərəstlikdə suçlayıb, Xomeyninin tör-töküntüsü adlandırıb.

 

Fazil Mustafa bu mövzuda yenidən sərt açıqlama ilə çıxış edib. Məlumata görə, Fazil Mustafa bildirib:

 

“Sərdar Cəlaloğlu belə bir açıqlama verib ki, guya Fazil Mustafa deyib ki, bütün şiələr siğədən doğulanlardır. Əhsən İran xüsusi xidmət orqanlarına, düşünüblər ki, mənim üzərimə daha həyasız bir böhtançını salsalar, öz ölkəmizə qarşı hücumlara müqavimətimizi azalda bilərik. Mən isə xeyli konkret adamam”.

 

Deputatın xəbərdarlıq edib ki, Sərdar Cəlaloğluna və onun kimi düşünənlərə üç gün vaxt verir.

 

“Hansısa kitabımda, məqaləmdə, statusumda belə bir cümləni tapıb bu müddət ərzində ortaya çıxarmasalar bu sözü birbaşa və yalnız  Sərdar Cəlaloğluna aid edəcəyəm. Və hər yerdə Sərdar Cəlaloğlu adı gələndə sadəcə şərəfsiz bir böhtançı sözünü işlədəcəyəm.

 

Çünki bu böhtançı ifadə ilə Sərdar Cəlaloğlu mənim də əziz insanlarımı təhqir edib. Adama Qumdan çox təlimat gələr, açıb bir içərisini oxuyub düşünər ki, nəyi açıqlayım, nəyə susum.

O iddia edir ki, guya bizim tərəfimizdən Azərbaycana Suriya senarisi gətirilir. Buna da Suriyada yalançı cihad çağrışları ilə gedənlərə qarşı mövqeyimi ifadə edən bir neçə il ərzindəki yazıları və statusları dərc etməklə cavab verəcəyəm. Bu Qum saatı ilə işləyənlər elə bilirlər ki, yalan və böhtan üzərindən biu ölkədə öz təbliatlarını genişlədə biləcəklər. Azərbaycanın sağlam düşüncəli vətəndaşları öz dövlətinə və vətəninə sədaqətlə bu ssenarilərin qarşısını almağa qadirdir”-deyə o əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam