Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

İcra başçısı qəzaya düşdü -maşınını “yoxa” çıxarmağa çalışır

 

Alimpaşa Məmmədovun içərisində olduğu xidməti avtomobili ilə törədilən hadisə Prezident Administrasiyandan da gizlədilib


Yenixeber.org:   Şəmkirin icra başçısı Alimpaşa Məmmədovun dəhşətli qəzanın iştirakçısına çevirilməsi haqda yazmışdıq. “Şəmkirin icra başçısı ölümdən döndü - gizlədilən bir avtoqəzanın ilginc təfərrüatları” (http://musavat.com/news/semkirin-icra-bascisi-olumden-dondu-gizledilen-bir-avtoqezanin-ilginc-teferruatlari_427261.html) sərlövhəli yazıda A.Məmmədovun köməkçisi Mahir Əliyevin idarə etdiyi Şəmkir İcra Hakimiyyətinə məxsus Az 57 AA 001 dövlət nömrə nişanlı, qara rəngli “Tayota Land Cruiser” markalı avtomobillə qəza törətdiyi bildirilir. Yazıda qeyd olunur ki, qəza M.Əliyevin qəfil manevri və yüksək sürətlə qarşı yola çıxması üzündən baş verib. Nəticədə qarşı yolla hərəkətdə olan “Qaz-31" markalı avtomobilə çırpılıb. Nəticədə ”Qaz - 31"in sürücüsü Həsən Əvkər oğlu Hüseynov ağır bədən xəsarəti alıb.


Martın 24-də baş verən avtoqəza A.Məmmədovun göstərişi ilə gizlədilib. Aldığımız son məlumatda deyilir ki, bu haqda xəbər “Yeni Müsavat”ın son sayında dərc olunandan sonra icra başçısının qəza zamanı dağılmış duruma düşmüş maşınının gizlədilməsi üçün addımlar atılıb. Belə ki, nəqliyyat vasitəsini martın 24-də qəzadan sonra aparılan ünvandan çıxarıblar və Şəmkirin Dəllər qəsəbəsinə yollayıblar. Orada nəqliyyat vasitəsi Rafiq adlı ustanın həyətindədir.


Aldığımız digər məlumatda deyilir ki, Azərbaycanın bütün rayonlarının icra hakimiyyətləri Prezident Administrasiyasına hər gün rayonda baş verən qəza, yanğın, ölüm işi və s. ilə bağlı məlumat verirlər. Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun düşdüyü avtoqəza isə istisna olub. Prezident Administrasiyasına A.Məmmədovun iştirakçısına çevrildiyi qəza haqda məlumat verilməyibmiş.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam