Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Alimpaşa Məmmədovun "paşalığı" bitir

Fazil Məmmədov bu rayonu itirir...
Şəmkirin icra başçısı dəyişdirilir.

 

Xeberinfo.com:  Bu barədə redaksiyamıza hökumətdəki məlumatlı mənbə informasiya verib. Xəbəri verən qaynaq xatırladır ki, Şəmkir RİH başçısı postunda yeni olan Alimpaşa Məmmədov özünü doğrulda bilmədiyindən onunla bağlı erkən qərar çıxarıla bilər.

Mənbə bildirir ki, burada həm də Alimpaşa Məmmədovu himayə edən Vergilər Naziri Fazil Məmmədovla əlaqədar olaylar da var. Qaynağın söylədikləri:

"Gəldiyi ilk günlərdən özü barəsində poladələmdarsayağı imic formalaşdırmağa çalışan və hətta belə bir təbliğatın aparılmasından məmnun olduğu sezilən Alimpaşa Məmmədov maləsəf yerli şəmkirlilərin etimadını doğrulda bilmədi.

Məlumdur ki, bu gün "yuxarılar" davamlı çəkildə icra hakimiyyəti başçılarının nüfuzunu müəyyən etmək üşün müxtəlif vasitələrlə təhlillər aparırlar və bu təhlillər nəticəsində son 6 ayın tyekunları Alimpaşa Məmmədovun ən aşağı göstəricilərə malik olduğu üzə çıxıb. Yəni Şəmkirin icra başçısı bu gün ən çox narazılıq yaradan rayın rəhbəri kimi xarakterizə olunur".

Mənbə iddia edir ki, məhz bu keyfiyyətləri onun "vurulmasını" aktual edib.

Qeyd edək ki, Vergilər Nazirinin kadır hesab olunan Alimpaşa Məmmədov təkcə özünə yox, həm də himayədarı olan Fazil Məmmədova da problem yaratdığından artıq Şəmkirdə icra başçısı ilə yanaşı, rayonun kuratorunun da dəyişməsi gözlənilir.

Əlavə bilgilərimiz olacaq. Bizi izləyin... 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam