Redaktor seçimi
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
Günün xəbəri

İcra hakimiyyətinin şöbə müdiri qəza törətdi:Ölən var

İcra hakimiyyətinin şöbə müdiri qəza törətdi:

 

 

Bərdə Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə orqanları ilə iş üzrə şöbəsinin müdiri Zaur Bəylərovun idarə etdiyi avtomobilin iştirakı ilə ağır yol qəzası baş verib

 

Yenixeber.org: Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dekabrın 10-da, 20:00 radələrində Tərtər rayonu ərazisində şəhər sakini Elşad Quliyevin idarə etdiyi "KİA” və Bərdə rayon sakini Zaur Bəylərovun idarə etdiyi "Toyota” markalı avtomobillər toqquşub. Nəticədə E.Quliyev hadisə yerində ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib. Qəza ilə bağlı DİN Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Tərtər rayonunda baş verən yol-nəqliyyat hadisəsində bir nəfərin ölümünə səbəb olan "Toyota Land Kruiser” markalı avtomobilin sürücüsü, Bərdə Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə orqanları ilə iş üzrə şöbə müdiri Zaur Bəylərov bir vaxtlar Tərtər Rayon İcra Hakimiyyətinin müavini olmuş Vidadi Bəylərovun qardaşıdır. Maraqlıdır ki, Tərtər RİH müavini olmuş V.Bəylərov vəzifəsindən məhz ölümlə nəticələnən qəzaya görə azad edilmişdi. Belə ki, V.Bəylərovun oğlu 2013-cü ildə avtoxuliqanlıq edərkən, bir gəncin həyatına son qoymuş, digərinin isə ömürlük şikəst qalmasına səbəb olmuşdu. Oğlunun törətdiyi dəhşətli qəzaya görə atası, Tərtər RİH müavini V.Bəylərov işindən azad edilmişdi. Məlumat üçün bildirək ki, Z.Bəylərovun qəzanı içkili halda törətdiyi barədə iddialar da yayılıb. Bildirilir ki, Z.Bəylərov sərxoş halda avtomobili idarə edib və qəza da məhz bu səbəbdən baş verib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam