Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Ukraynaya müasir silahlar veriləcək”

 

“Rusiyanın təcavüzünü dəf etmək üçün, Ukraynaya Qərbin böyük dəstəyi lazımdır”


"Xeberinfo.com":  Prezident Barak Obama Ukraynanın ABŞ tərəfindən müdafiə silahları ilə təmin olunması barəsində ona edilən təkliflərə hələlik razılıq verməsədə, ancaq bu məsələ öz təsirini göstərib. Beləki, 6 fevral tarixində Almaniya kansleri Anqela Merkel və Fransa prezidenti Fransua Olland məsələnin sülh yolu ilə həll olunması üçün Vladimir Putinlə görüşmək məqsədli ilə Moskvaya getmişdilər. Anqela Merkelin qəfildən Moskvaya getmək qərarına gəlməsi və Kremllə razılıq əldə etmək istəyi Rusiyanın mövqeyinin yumşalması ilə deyil, daha çox Avropanın narahatçılığı ilə bağlıdır.

Moskva görüşlərinin yekununu həlledici adlandırmaq olmaz. Lakin şübhə yoxdur ki, Putin öz qonaqlarını əvvəlki güc siyasətini davam etdirəcəyi mövqeyini pozmadan qarşıladı. Avropalılardan fərqli olaraq, Putini münaqişənin gərginləşməsi demək olar ki, qətiyyən narahat etmir. Ona görə ki, o yüzlərlə tank və döyüş komplekslərini və həmçinin də rus hərbçilərini Ukraynanın şərqinə yenicə göndərib.

ip_17802Ukraynaya silah verilməsi barəsində Vaşinqtondakı söhbətlərdən başqa Qərb yeni hücumlardan əl çəkməsi üçün Putinə heç bir əsaslı təzyiq göstərməyib. Avropa Birliyi liderləri və Obama administrasiyası yeni sanksiyaların tətbiq edilməsi haqqında müzakirələr aparsalar da, hələlik bu tədbirlər yalnız konkret şəxslərə tətbiq olunub. Nəzərdə tutulan sanksiyalar içərisində ən sərti, onsuzda zəifləmiş Rusiya iqtisadiyyatına xeyli ciddi zərbə vura biləcək tədbir kimi Rusiya banklarının beynəlxalq ödəmə sistemindən xaric olunmasıdır. Lakin bu, hələlik müzakirə obyektinə çevrilməyib.

Hazırda Merkel Ukrayna ordusuna silah göndərilməsinin qəti əleyhinədir. Almaniya hesab edir ki, ABŞ-ın Ukraynaya çatdıracağı silahlar yeni gərginlik dalğasının yaranmasına və döyüşlərin bir qədər də amansızlaşmasına gətirib çıxaracaq. Almaniyalı diplomatların sözlərinə görə, onlar ümid edirlər ki, Anqela Merkel vasitəçilik yolu ilə Ukrayna prezidenti Petro Poroşenkonu və Vladimir Putini sülh sazişi imzalamağa məcbur edə biləcək.

Qərbin dəqiq formalaşmış təklif və istəklərinin Rusiyaya çatdırılması şərtləri altında, Putinlə danışıqlar aparılmasında qəbahətli bir şey yoxdur. Rusiya öz hərbçilərini və silahlarını Ukrayna ərazisindən çıxarmalı və sərhədləri beynəlxalq nəzarətin ixtiyarına ötürməlidir. Əks təqdirdə bundan sonra Rusiya daha sərt iqtisadi sanksiyalarla üzləşəcək, Ukrayna isə yeni müasir silahlarla təchiz ediləcək.
(The Washington Post)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam