Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Merkelin əsas məqsədi Putini dünyanın oyun qaydalarına dəvət etmək idi”

 

Politoloq Qabil Hüseynlinin fikrincə, Almaniya qarşı sərt xəttin tərəfdarı deyil, problemin danışıqları yolu ilə həllinə tərəfdardır

 

"Xeberinfo.com":  Almaniya baş naziri Angela Merkel mayın 10-da Rusiyaya səfər edib. Faşizm üzərində qələbənin 70 illiyi ilə bağlı baş tutan səfər zamanı Almaniya baş naziri regional və beynəlxalq siyasət mövzusunda danışıqlar aparıb. Ancaq bundan əvvəl Merkel faşizm üzərində qələbəni qeyd edib. Mayın 9-da Moskvada keçirilən təntənəli parada qoşulmayan Almaniya kansleri mayın 10-da Kreml divarları arxasında Naməlum Əsgər abidəsinə əklil qoyub. 
Ancaq Merkelin Moskva səfərində ən səs-küylü məqam Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi birgə mətbuat konfransı olub. Putin və Merkelin mətbuat konfransında iki ölkə münasibətlərində mövcud olan problemlər qeyd olunub və bu zaman iki ölkə rəhbərliyi arasında münasibətlərin durumu liderlərin üzlərində də ifadə olunub. 
Almaniya baş naziri Ukrayna böhranı və Krımın ilhaqı ilə bağlı sərt danışıb. Merkel bildirib ki, Ukrayna böhranı, eləcə də Krımın “beynəlxalq hüququ saya salmadan qanunsuz olaraq ilhaq edilməsi”, həmçinin Ukraynanın şərqindəki müharibə Almaniya-Rusiya münasibətlərinə ciddi şəkildə təsir edib: “Ciddi deyirəm, çünki biz bunu Avropa sülhünün ortaq qaydalarının pozulması kimi görürük” – deyə Merkel Putinlə keçirdiyi konfransda jurnalistlərə bildirib.
Putin isə bildirib ki, hər sahədə qeydə alınan çətinliklərə rəğmən Ukraynanın şərqində atəşkəsi nəzərdə tutan Minsk razılaşmasının davam edəcəyinə inanır. Eyni zamanda Putin “tarixdən dərs almaqla” bölgədəki problemlərin diplomatiya vasitəsilə həll oluna biləcəyini qeyd edib. Sitat: “Rusiya-Almaniya əlaqələrinin uğurlu inkişafı üçün bir çox addımlar atdıq. Bu gün Rusiya ilə Almaniya arasında bir sıra problemlər var. Bu problemlərin münasibətlərimizə mənfi təsiri nə qədər tez sona çatarsa o qədər yaxşıdır. Biz bu məqsəd uğurunda çalışacağıq”.
Maraqlıdır ki, Putinin “sülh çağırışına” Merkel də müsbət reaksiya verib. Almaniya baş naziri deyib ki, “mürəkkəb mövzularda əməkdaşlıq etmək də daxil olmaqla birlikdə çalışmalı və problemlərə diplomat həll vasitələri tapmaq üçün çalışmalıyıq”.
Politoloq Qabil Hüseynli deyir ki, Rusiyaya münasibətdə ABŞ və Almaniyanın mövqeyində strateji olaraq fərq olmasa da, taktiki planda fərqli yanaşma var. Onun fikrincə, Almaniya müəyyən obyektiv şərqləri də nəzərə almaqla Rusiya ilə “yumşaq” danışılmasının tərəfdarıdır: “Açiği desək Ukrayna hadisələrinə münasibətdə Amerika ilə Almaniyanın Rusiyanın Avropaya qarşı yarada biləcəyi təhlükə məsələlərində ortaq mövqedədir. Lakin taktiki planda fikir ayrılıqları var. Almaniya, AB yaxşı başa düşür ki, Rusiya ciddi imperiya ambisiyaları ilə yaşayır. Bu ambisiyalar ilk növbədə Avropa üçün təhlükədir. Ancaq necə deyərlər, oyanmış “ayını” tumarlaya-tumarlaya, ehtiyatla mağarasına salmaq lazımdır. Rusiyaya qarşı sanksiya məsələsində ciddi fikri ayrılığı olmadı. Kiçik dövlətlərin embarqolarda ciddi təsiri yox idi, onlar daha çox hay-küy salırdılar. Macarıstan, Çexiya kimi ölkələr sanksiyaların yığışdırılamasını istəyir.
Ancaq Almaniya belə hesab etmir. Sadəcə olaraq, məsələn, Amerika Rusiyanı bütün dünyadan tam təcrid etmək, bütün əlaqələrin kəsilməsini təklif edir, NATO-nun Rusiya sərhədləri boyunca ciddi silahlı qüvvələr yığmasını təklif edir. Bunu qismən də olsa edir. Estoniyadan Bolqarıstana qədər ABŞ qoşunları yerləşdirilir”. 
Lakin Q.Hüseynlinin fikrincə, Almaniya bu məsələdə Amerikanın xəttinə qarşıdır. Onun fikrincə, Almaniya daha yumşaq yolu təklif edir: “Almaniya silahlı yolun zərərli olduğunu müdafiə edir. Rusiyanın əlində nüvə silahlı var və Putini də yaxşı tanıyırlar. Hesab edirlər ki, bir gün Putin əsəbləri dözməyib nüvə silahına əl ata bilər. 
Zənnimcə, Merkelin Rusiyaya münasibətdə loyal siyasət yürütməkdə günahlandırılması doğru deyil. Amma belə olsaydı o, mayın 9-da Moskvada olardı və bu, Putinə jest olardı. Çünki daha əvvəlki tədbirlərdə Almaniya rəsmiləri iştirak edib. Almaniya bununla da faşizmə qarşı olduğunu nümayiş etdirir. Bu dəfə isə bunu etmədilər. Sadəcə olaraq Putinlə danışıqlara gəldi. Danışıqların əsas mövzusu isə Ukrayna idi. Rusiya mətbuatında yayılan Baltikyanı, Polşa, Ukrayna, Gürcüstana ehtimal olunan hücumları barəsində xəbərlər, əzələ nümayişi mesajları ilə Moskva göstərmək istəyir ki, artıq Rusiya Yeltsin dövrünün dövləti deyil. Hərbi gücünə görə, hətta Amerikanı belə üstələyə bilər”.
Qabil Hüseynli Merkelin Moskva səfərinin müsbət nəticələrinin olacağını düşünür: “Merkelin səfərinin əsas məqsədi Putini dünya oyun qaydalarına bir daha dəvət etmək idi. Konkret olaraq Minsk sazişinin yerinə yetirilməsinə çağırış etmək, bu zəmin üzərində də ona sanksiyaların yumşaldıla biləcəyi vədini vermək idi. Yəni sən bunu edərsənsə, biz də bunu edə bilərik. 
Düşünürəm ki, bu alınacaq. Çünki başqa cür olsa, o zaman dünya addım-addım ən azından Avrasiya məkanında müharibəyə doğru sürüklənə bilər. Mən inanmıram ki, başlanacaq yeni müharibə ruslar üçün yaxşı nəsə vəd etsin. Bu səbəbdən də Moskvanın yumşalması labüddür”.
Musavat.com

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam