Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

8-ci kilometr bazarını alan naməlum milyonçu kimdir?

 

Əmlak Məsələləri Dövlət Komitəsi № 4 bazarın bazasında yaradılan “8-ci km Ticarət Mərkəzi” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin nəticəsini elan edib

"Xeberinfo.com":  Müsabiqə Komissiyası 3 iddiaçı arasında 6 aya müəssisəyə 1 mln 180 min 760 manat investisiya qoymağı öhdəsinə götürən fiziki şəxsi qalib elan edib. Qalibin və digər iştirakçıların adı açıqlanmır.
Müsabiqə Komissiyası işini 16 yanvarda bitirib. Nəticələr ƏMDK-nin orqanı olan “Mulkiyyət” qəzetində 31 yanvarda açıqlanıb.
Müsabiqənin qalibi dövlət büdcəsinə 312 min manat köçürüb. ƏMDK investisiya qoyuluşunu təsdiq edəndə nominal qiyməti 1 mln manat olan səhmlərin 99,89%-i investorun olacaq.
Xatırladaq ki, bu, 8-ci kilometr qəsəbəsindəki № 4 bazarın ikinci özəlləşməsidir. 1980-ci ildə yaradılan bazar 2000-2001-ci illərdə çek və pul hərracında özəlləşdirilib. 2008-ci ildə naməlum səbəbdən ƏMDK-nin qərarı məhkəmə qərarı ilə ləğv edilib və bazar dövlət mülkiyyətinə qaytarılıb. Dövlət yüzlərlə mülkiyyətçinin itkisinin əvəzini ödəməyib. 2008-ci ilin fevralında “Ticarət Mərkəzi-4” MMC yaradılıb. Bu hüquqi şəxs o vaxtdan ƏMDK-nin tabeliyində olub. 2014-cü ilin avqustunda MMC-nin bazasında “8-ci km Ticarət Mərkəzi” ASC yaradılıb .
Pia.az

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam