Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

“Vosmoy” bazarı satıldı

 

Əmlak Məsələləri Dövlət Komitəsi “8-ci km Ticarət Mərkəzi” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin nəticəsini elan edib. 

 

"Xeberinfo.com":  Məlumata görə, bu barədə məlumatı contact.az saytı yayıb. Müsabiqə Komissiyası 3 iddiaçı arasında 6 aya müəssisəyə 1 mln 180 min 760 manat investisiya qoymağı öhdəsinə götürən fiziki şəxsi qalib elan edib. Qalibin və digər iştirakçıların adı açıqlanmır. Müsabiqə Komissiyası işini 16 yanvarda bitirib. Nəticələr ƏMDK-nin orqanı olan “Mulkiyyət” qəzetində 31 yanvarda açıqlanıb.

Müsabiqənin qalibi dövlət büdcəsinə 312 min manat köçürüb. ƏMDK investisiya qoyuluşunu təsdiq edəndə nominal qiyməti 1 mln manat olan səhmlərin 99,89 faizi investorun olacaq.

Xatırladaq ki, bu, 8-ci kilometr qəsəbəsindəki bazarın ikinci özəlləşməsidir. 1980-ci ildə yaradılan bazar 2000-2001-ci illərdə çek və pul hərracında özəlləşdirilib. 2008-ci ildə naməlum səbəbdən ƏMDK-nin qərarı məhkəmə qərarı ilə ləğv edilib və bazar dövlət mülkiyyətinə qaytarılıb. Dövlət yüzlərlə mülkiyyətçinin itkisinin əvəzini ödəməyib. 2008-ci ilin fevralında “Ticarət Mərkəzi-4" MMC yaradılıb. Bu hüquqi şəxs o vaxtdan ƏMDK-nin tabeliyində olub. 2014-cü ilin avqustunda MMC-nin bazasında ”8-ci km Ticarət Mərkəzi" ASC yaradılıb.

“Azadlıq” qəzeti isə yazır ki, bu bazar uğrunda zaman-zaman mübarizə gedib. Əvvəllər bu bazar sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin nəzarətində olub. Fərhad Əliyevin həbsindən sonra bazarın MTN-in nəzarətinə keçdiyi bildirilirdi. Lakin bazara nəzarət uğrunda Nizami rayonunun o zamanki icra başçısı, ARDNŞ prezidenti Rövnəq Abdullayevin qohumu Mehbalı Əliyev də mübarizə aparırdı. Bu mübarizələrin nəticəsidi idi ki, bazarda tez-tez yanğınlar baş verirdi. 

Görünür, indi də bazar hansısa məmura verilib, bu baxımdan hərracın qaliblərinin adları gizli saxlanılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam