Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

8-ci km bazarı özəlləşdirildi?

 

Trend-in Əmlak Məsələləri Dövlət Komitəsinə istinadən verdiyi məlumata görə, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və Azərbaycan Prezidentinin 17 iyul 2001-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na müvafıq olaraq Dövlət Komitəsi “8-ci km Ticarət Mərkəzi” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan edib.
"Xeberinfo.com":  Məlumata görə, İddiaçılar qarşısında qoyulan maliyyə-iqtisadi şərtlərdən başlıcası müəssisəyə investisiya qoyuluşuna dair təkliflərin verilməsi olub.
Müsabiqədə iştirak etmək üçün üç iddiaçı tərəfindən ərizə və investisiya təklifləri təqdim edilib. Azərbaycanın müvafıq nazirlik və təşkilatlarının nümayəndələrinin daxil olduğu Müsabiqə Komissiyasının qərarına əsasən, hər üç iddiaçı iştirakçı statusunu əldə edib.
Komissiya müsabiqə iştirakçılarının təqdim etdikləri investisiya təkliflərinə baxdıqdan sonra 16 yanvar 2015-ci il tarixində açıq səsvermə yolu ilə qərar qəbul edib və investisiya müsabiqəsinin qalibi elan edilib.
Müsabiqənin şərtlərinə əsasən, müsabiqə qalibi dövlət büdcəsinə 312 min manat məbləğində pul vəsaitinin köçürülməsini, habelə İnvestisiya Proqramına əsasən, 6 ay ərzində müəssisəyə 1 180 760 manat məbləğində investisiya qoyuluşunun həyata keçirilməsini öhdəsinə götürüb.

Nəzərdə tutulan investisiyalar müəssisənin fəaliyyətinin təkmilləşdirilərək daha müasir ticarət obyektinə çevrilməsi, ərazidə yeni ticarət obyektlərinin, о cümlədən ticarət sıralarının yaradılması, yeni avadanlıq və texnikaların alınması, yanğına qarşı müasir mühafizə sisteminin qurulması, infrastruktur təminatının yaxşılaşdırılması və ərazinin abadlaşdırılması işlərinə yönəldiləcək.
Eyni zamanda, görülən işlərin nəticəsində azı 50 nəfərin çalışması üçün müəssisədə yeni xidmət sahələri də yaradılacaq.

Qeyd edək ki, “8-ci km Ticarət Mərkəzi” ASC-nin cəmi 312 min manata satılması maraq doğurur. Geniş ərazisi olan bu ticarət mərkəzinin təkcə torpağının real bazar qiyməti milyonlarla ölçülə bilər. Bu baxımdan “8-ci km bazarını” satılmasından büdcəyə cəmi 312 min manat daxil olsa da, kimlərinsə cibinə milyonların getdiyi şübhə doğurmur…


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam