Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Samir Abasov:"Qarabağ"ın və "Qəbələ"nin qələbə qazana bilməməsi digər komandaların güclənməsi deməkdir"

 

 

Cavid İmamverdiyevin oyunu ürəkaçan deyildi

Topaz Premyer Liqasının XXI turunda səfərdə "Qəbələ" ilə 1:1 hesabı ilə heç-heçə edən "Sumqayıt"ın baş məşqçisi Samir Abasov oyundan sonra mətbuat konfransı keçirib. Məlumata görə, təcrübəli mütəxəssis əvvəlcə oyun haqqında danışıb:

- Komanda fiziki baxımdan düşməyib, əksinə, Tural Axundovun oyunun sonlarına yaxın hücuma getməsi və qol epizodu yaratması hər şeyi açıq-aydın göstərir. Bütün komponentlərdə komanda yaxşı çıxış etdi. İnanırdıq ki, "Qəbələ"yə qarşı nələrsə edə bilərik. İkinci yerdə olan komanda ilə səfərdə heç-heçə ediriksə, bu da bir uğurdur. Futbolçular çox əziyyət çəkdilər. Hirsləndiyim və məyus olduğum məqamlar da var. Cavid İmamverdiyevin oyunu ürəkaçan deyildi. Heç kimdə günah görmürəm. Özüm özümə üzülürəm. Yaxşı temp saxlayırıq. Qoymarıq ki, bu nəticə futbolçulara pis təsir etsin. Görünən odur ki, Cavid İmamverdiyevin oyunu alınsaydı, birinci hissədə oyunu həll elərdik. 

-   Qısamüddətli məqşçi karyeranız ərzində Nicat Qurbanov kimi uğurlu əvəzetməniz olubmu?

- Təki bundan sonra da olsun. Çox olsun. 5 müdafiəçidən heç birini çıxartmadım. Nicat sağ olsun, məşqçisinin üzünü ağ elədi. Meydana üç hücumçu buraxdıq. Nicatın bəxtinə qol düşmüşdü ki, onu da vurdu. Nicatdan əlavə, digər futbolçular da qol vura bilərdi. Amil qol epizodundan yararlana bilmədi. Kaş o da qol vurardı. 

-   Amili əvəzləməyi düşünürdünüz?

Fikirləşirdim. Amil ilə Cavidin arasında seçim etməliydim. Amilin hərəkətli olmağı xoşuma gəldi. Fikirləşdim ki, onu da hücumçu kimi itirə bilərik. Dabo sürətli olduğuna görə iki müdafiəçidən qaça bilərdi. Onlar çox geriyə qayıtmadıqlarına görə əks hücumda yaxalana bilərdik. Ona görə də 5 müdafiəçini də saxladım. Amma hücumda da kəsərimiz azalmadı. Əksinə, Azərlə Turala da tapşırdım ki, hücumda olsunlar. 

- Hakim idarəçiliyi sizi qane etdi?

- Əla. 

- "Qarabağ" və "Qəbələ" "Sumqayıt"ı məğlub edə bilmir. Büdcəyə görə sizdən güclü olan komandalar zəifləyib, yoxsa Sumqayıt güclənib?

- Çempionatı dəyərləndirməyimi istəyirsiniz. Komandalar qışdan sonra daha da güclənib. "Qarabağ"ın və "Qəbələ"nin qələbə qazana bilməməsi digər komandaların güclənməsi deməkdir. Bu, həqiqətən də belədir. Bizim komandada çoxlu transfer olmadı. Təki həmişə belə olsun. Bizi uda bilməsinlər.  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam