Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

AFFA İntizam Komitəsi klubları, futbolçuları və iki baş məşqçini cəzalandırıb

 

 

Yenixeber.org: AFFA İntizam Komitəsinin bugünkü iclasında Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk görüşləri və Premyer Liqanın XXIII turunda baş vermiş hüquq pozuntuları ilə bağlı qərarlar qəbul olunub. 

Məlumata görə, qərarlarda bildirilir:

Azərbaycan Kubokunun 1/2 final mərhələsinin “Qəbələ” – “Neftçi” matçının 68-ci dəqiqəsində “Qəbələ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunur (maddə 52).Oyunun 71-ci dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunur (maddə 52).

Azərbaycan Kubokunun 1/2 final mərhələsinin “Keşlə” – “Sumqayıt” matçının 80-ci dəqiqəsində “Sumqayıt” klubunun baş məşqçisi Samir Abasov texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 800 manat cərimə olunur (maddə 62).

Topaz Premyer Liqasının XXIII turunun “Sumqayıt” – “Keşlə” matçının 81-ci dəqiqəsində “Keşlə” klubunun 22 №-li futbolçusu Məqsəd İsayev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Topaz Premyer Liqasının XXIII turunun “Qəbələ” – “Səbail” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).

Topaz Premyer Liqasının XXIII turunun “Kəpəz” – “Qarabağ” matçında “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).

Oyunun 37-ci dəqiqəsində “Kəpəz” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur (maddə 52).

Topaz Premyer Liqasının XXIII turunun “Zirə” – “Neftçi” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).

Oyunun 51-ci dəqiqəsində “Zirə” klubunun 18 №-li futbolçusu Yani Urdinov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Oyunun 85-ci dəqiqəsində “Zirə” klubunun baş məşqçisi Ayxan Abbasov texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 800 manat cərimə olunur(maddə 62). İntizam Komitəsinin 21 fevral 2018 - ci il 25 №-li protokoluna əsasən “Zirə” klubunun baş məşqçisi Ayxan Abbasova verilmiş 5 oyun cəzanın 3 oyunu şərti cəza kimi tətbiq edib və ona 6 ay sınaq müddəti vermişdir. Sınaq müddəti ərzində baş məşqçi yenidən cəzalandığına görə sanksiyanın növbəti hissəsi qüvvəyə minir.(maddə 33).


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam