Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Qurban Qurbanov: "Hər iki komanda ən yaxşı oyunlarından birini keçirdi"

 

 

"Maraqlı oyun oldu. Hər iki komanda ən yaxşı oyunlarından birini keçirdi. Futbolçularımı təbrik edirəm. Rəqibə qarşıdakı oyunlarda uğurlar arzulayıram. Düzdür, bu komanda son vaxtlar o qədər də yaxşı nəticələr qazanmır. Ancaq düşünürəm ki, məğlub olduqları bir çox oyunda yaxşı futbol sərgiləmişdilər. Bu cür hallar digər komandalarda da olur"

 

Yenixeber.org: Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovsəfərdə "Zirə"yə 2:1 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının XXV tur matçından sonra mətbuat konfransında deyib.

Daha sonra 46 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

- Oyunda bir neçə dəyişiklik etmişdiniz. Bunlar çempionluğu artıq təmin etməyinizlə əlaqədar deyildi?

- Elə də dəyişiklik etməmişdim. Miçelin zədəsi var idi. Ona görə start heyətdə deyildi. Rəşad Sadıqovun da belində zədəsi olduğundan, bu matçda şans vermədim.

- "Qəbələ" ilə son turda keçiriləcək oyunun Bakıda baş tutma ehtimalı var. Buna münasibətiniz necədir?

- Bu barədə mən də mətbuatdan oxumuşam. Evdə oynamaq "Qəbələ"nin haqqıdır. Qəbələdə oynamağın əleyhinə deyiləm. Mənim üçün fərqi yoxdur.

- Şeydayevi komandada saxlayacaqsınız?

- Onun bizimlə müqavilə müddəti mayda başa çatacaq. Hələ ki, danışıqlarımız olmayıb. Nə "Trabzonspor”la, nə də Ramillə bu barədə danışmışıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam