Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

4 ÖLKƏ LİDERİ RUSİYAYA QARŞI… -Birgə bəyanat yayıblar

 

kreml-1Böyük Britaniya, Fransa, Almaniya və ABŞ liderləri Rusiyaya qarşı birgə bəyanat yayıblar. 

Yenixeber.org: “İndependent”-inverdiyi xəbərə görə, bəyanatda Rusiya İngiltərənin Solsberi şəhərində yaşayan Sergey Skripal və qızı Yuliya Skripalın kimyəvi silahla zəhərlənməsində günahlandırılır.

Qeyd olunub ki, hadisə nəticəsində bir polis əməkdaşı da zəhərlənib.

“Bu, açıq şəkildə beynəlxalq hüququn və Kimyəvi Silahlar Konvensiyasının pozulmasıdır. Biz Rusiyanı Solsberi hadisəsi ilə bağlı bütün sualları cavablandırmağa çağırırıq”, – deyə bəyanatda vurğulanıb.

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki S. Skripal və qızı Yuliya martın 4-də Böyük Britaniyanın Solsberi şəhərində huşsuz vəziyyətdə tapılıblar. Britaniya baş naziri Tereza Mey martın 12-də Skripal və qızının SSRİ-də istehsal edilmiş “Noviçok” adlı kimyəvi silahla zəhərləndiklərini bildirib. O, hadisəyə görə məsuliyyəti Rusiyanın üzərinə qoyaraq bunu Böyük Britaniyaya qarşı akt kimi qiymətləndirib. Martın 14-də T. Mey Rusiyaya qarşı sanksiya xarakterli qərarları açıqlayıb. Bu qərarlara əsasən Rusiya ilə rəsmi səviyyədə təmaslar dayandırılır və bu ölkənin diplomat adı ilə Britaniyada fəaliyyət göstərən 23 kəşfiyyatçısı ölkədən çıxarılır. Rusiya da buna cavab olaraq britaniyalı diplomatları ölkədən çıxarmağa hazırlaşır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam