Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Sergey Skripalın qızının saxlanıldığı yer məlum olub

 

 

 “Rusiya Federal Təhlükəsizlik Xidmətinin keçmiş polkovniki Sergey Skripalın qızı Yuliya Skripal hazırda hərbi bazalardan birindəki hospitaldadır”

 

Yenixeber.org: Bunu “The Sun” qəzetinə adının açıqlanmasını istəməyən mənbə bildirib.

“Onun şəxsi təhlükəsizliyinin təmin edilməsi, eləcə də sağlamlığına nəzarət edilmısi üçün hazırda hərbi bazanın hospitalındadır. Yuliya Skripal sinir-iflic qazı ilə zəhərlənib və bunun nə ilə nəticələnəcəyi məlum deyil. Həmin zəhərin təsiri istənilən vaxt özünü göstərə bilər”.

Bununla belə Y.Skripalın müalicə olunduğu hospitalın adı və ünvanı gizli saxlanılır.

Qeyd edək ki, aprelin 10-da Y.Skripalın Solsberi xəstəxanasından çıxarılaraq, təhlükəsiz yerə yerləşdirilməsi barədə məlumat yayılmışdı.

Xatırladaq ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki, hərbi kəşfiyyatçı Sergey Skripal və onu görmək üçün Moskvadan gəlmiş 33 yaşlı qızı Yuliya martın 4-də Solsberidə ticarət mərkəzinin yaxınlığındakı oturacaqda huşsuz vəziyyətdə tapılıblar. Sinir-iflic edən maddədən zəhərlənmə diaqnoizu ilə təcili surətdə xəstəxanaya çatdırılıblar. Ata və qızı reanimasiyada koma vəziyyətində olublar. Bu hadisə nəticəsində 21 nəfər, o cümlədən, hadisə yerinə ilk çatan Nik Beyli adlı polis əməkdaşı da zəhərlənib.

Britaniya hökuməti S.Skripalın zəhərlənməsini sui-qəsd cəhdi kimi qiymətləndirib və bu işdə Moskvanı ittiham edib. Bu hadisə ABŞ başda olmaqla Qərb ölkələri ilə Rusiya arasında yeni böhranın yaranmasına səbəb olub. 

Rusiya tərəfi isə ittihamları qəti şəkildə rədd edib, amma istintaqla bağlı əməkdaşlıq etməyə hazır olduğunu bildirib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam