Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Azərbaycan dili Misirin ali məktəblərində tədris olunmağa başlandı- FOTO

Azərbaycan dili Misirin ali məktəblərində tədris olunmağa başlandı

 

Vətənpərvər" Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyi Qahirə Universitetinin ədəbiyyat fakültəsinin "Şərq dilləri" bölməsində Azərbaycan dilinin tədrisinə başlayıb

Yenixeber.org:

Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, Azərbaycan dilini tələbələrə Birliyin sədri, tədqiqatçı-alim Seymur Nəsirov tədris edir. Azərbaycan dili dərslərində universitet tələbələrinə ölkəmizin tarixi, mədəniyyəti və Ermənistanın təcavüzü, torpaqlarımızın işğalı, Xocalı soyqırımı barədə də ətraflı məlumat verilir.

Universitetin 4-cü kursunda tədris edilən Azərbaycan dili dərslərində 130 nəfərdən çox tələbə iştirak edir. Azərbaycan dilini öyrənməyə böyük maraq göstərən gənclər dili daha yaxşı mənimsəmək üçün dərsdənkənar əlavə kursların təşkili ilə bağlı S.Nəsirova müraciət ediblər. S.Nəsirov bunun üçün bütün imkanların olduğunu bildirərək yaxın günlərdə Qahirədəki diaspor mərkəzində Azərbaycan dilini öyrənmək istəyən tələbələrə əlavə kursların təşkil olunacağını açıqlayıb.

Qeyd edək ki, "Vətənpərvər" Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyi bu sahədə Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfirliyi ilə birgə fəaliyyət göstərir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam