Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Məktəblərdə təmayül siniflərin təşkili qaydaları açıqlanıb

 

Yenixeber.org: Təhsil naziri Mikayıl Cabbarov tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu ümumi təhsil müəssisələrinin 2017-2018-ci dərs ili üçün tədris planlarının təsdiqi haqqında əmr imzalayıb.
Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, əmrə əsasən, tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu ümumi təhsil müəssisələrində təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə 2017-2018-ci dərs ilində tam orta təhsilin təmayüllər üzrə təşkil olunduğu ümumi təhsil müəssisələrinin X sinifləri üçün tədris planları, “Tədris planlarına dair qeydlər” və tam orta təhsil səviyyəsində təmayülləşmənin pilot qaydasında tətbiq olunduğu ümumi təhsil müəssisələrinin XI sinifləri üçün tədris planları, “Tədris planlarına dair qeydlər” (16–24 nömrəli əlavələr) təsdiq edilib.

Qaydalara əsasən, təmayül sinifləri şagirdlərin sayı ən azı 20 (iyirmi) nəfər olmaqla komplektləşdirilir. Şagirdlərin sayı 20 (iyirmi) və daha çox olan siniflər aşağıdakı fənlərin tədrisində 2 (iki) qrupa bölünür: Tədris rus dilində aparılan siniflərdə “Azərbaycan dili – dövlət dili kimi” və tədris dilindən asılı olmayaraq “Xarici dil”, “İkinci xarici dil”, “Fiziki tərbiyə”.

Fənn müəllimlərinin rəyi, şagirdlərin fənlər üzrə təlim nailiyyətləri və onların maraqları, buraxılış imtahanlarının nəticələri, valideynlərin razılığı nəzərə alınmaqla təmayül siniflərinin ilkin komplektləşdirilməsi iyun ayının sonunadək başa çatdırılır. Şagirdlərin hazırlıq səviyyəsinə görə, zəruri ehtiyac olduğu halda, məktəb Pedaqoji Şurasının qərarına əsasən, təmayül fənlərindən hər hansı birinə (“texniki” təmayül üzrə “Riyaziyyat”, “Fizika” və “Kimya”, “riyaziyyat-iqtisadiyyat” təmayülü üzrə “Riyaziyyat”, “Coğrafiya” və “Azərbaycan tarixi”, “humanitar” təmayül üzrə “Azərbaycan dili”, “Xarici dil”, “Azərbaycan tarixi” və “Ümumi tarix”, “təbiət” təmayülü üzrə “Biologiya”, “Kimya” və “Fizika”) digər bir təmayül fənni hesabına 1 (bir) saat artıq vaxt verilə bilər. Müəyyən olunmuş təmayüllər üzrə tədris planlarında dərsdənkənar məşğələlərə ayrılmış 2 (iki) saatdan 1 (bir) saatı bütün şagirdlər cəlb olunmaqla “Nitq mədəniyyəti”, digər 1 (bir) saatı isə “İqtisadiyyatın əsasları” fakültativ kursunun tədrisinə ayrılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam