Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Yol polisi qərarsız protokolları sildi

Yol polisi qərarsız protokolları sildi

 

 

Yol polisi ölkə ərazisində həm stasionar postlarda, həm də küçə və yollarda nəzarəti gücləndirib

 

Yenixeber.org: Buna səbəb cəriməsi olan, amma sistemdə qərarsız kimi görünən, yəni sürücüyə çatdırılmayan elektron protokolları olan sürücülər saxlanılması və cərimə qərarı rəsmi qaydada onlara təqdim etməsidir.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri, polis polkovniki Kamran Əliyev bildirib ki, kimsə zənn etməsin ki, bir il gizlənməklə cərimə ödəməkdən yaxa qurtara biləcək. 

“Hətta vaxtın tamam olmasına bir gün qalsa belə, həmin sürücünü tapıb, protokolları təqdim edib, qərar qəbul etmək mümkündür. Qanunvericilikdə konkret göstərilir ki, bir il müddətində qərar çıxarılmırsa, inzibati işə xitam verilir. Lakin inzibati xətanı törətmiş şəxs bilərəkdən qaçıb gizlənirsə, o halda bu müddətin axımı dayanır”.

Polis polkovniki əlavə edib ki, 2012-ci ildən bu günə qədər Mərkəzi Məlumat Sistemində qərarı verilməyən bütün elektron protokollara xitam verilib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam