Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Təcili Yardım Stansiyası:"2017-ci ildə hadisələrin sayında 7, xəsarət alanların sayında isə 3 faiz artım olub"

 

 

“2017-ci il ərzində Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının nəzdindəki 12 regional məntəqə və konsultativ bölmədə 2590 nəfərə xidmət göstərilib”

 

 

 

Yenixeber.org: Bunu Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cəlalov 2017-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclasında deyib. O bildirib ki, 2017-ci il ərzində məntəqələrdə yol-nəqliyyat və digər fövqəladə hallarla bağlı 1022 hadisə zamanı 1736 pasiyentə tibbi yardım edilib və onlardan 70 faizi hospitalizasiya olunub: “Ötən illə müqayisədə hadisələrin sayında 7 faiz, xəsarət alanların sayında isə 3 faiz artım olsa da, letallıq 18 faiz azalıb”.

 

M. Cəlalov sanaviasiya xətti ilə regionlarda aparılmış cərrahi əməliyyatların sayının ötən illə müqayisədə 4 dəfə artdığını (2016-cı ildə 9, 2017-ci ildə 36) söyləyibb. Onun sözlərinə görə, regionlarda müasir tibb ocaqlarının istifadəyə verilməsi xəstələrin artıq paytaxtda deyil, öz yaşadıqları yerdə əməliyyat olunmasına imkan verir.


M. Cəlalov il ərzində kritik vəziyyətdə olan 92 hamilə və zahıya 183 dəfə çağırış edildiyini də söyləyib: “Onlardan 32-si Bakıya və digər rayonlara köçürülüb, 24 nəfərinə isə telesəhiyyə vasitəsilə məsləhət verilib”.

 

Baş həkim 2017-ci ildə ölkədə ilk dəfə təcili və təxirəsalınmaz tibbi xidmətdə telesəhiyyə texnologiyalarının tətbiqi ilə məsafədən videobağlantı vasitəsilə konsultasiyalar həyata keçirildiyini diqqətə çatdırıb: "Bu günədək 600-dən çox müraciət telesəhiyyə texnologiyaları vasitəsilə cavablandırılıb, xəstələrə məsafədən vaxtında məsləhətlər verilib".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam