Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Bakıda baş vermiş avtobus qəzalarında yaralananların sayı açıqlandı

Bakıda baş vermiş avtobus qəzalarında yaralananların sayı açıqlandı

 

"Ötən illə müqayisədə bu ilin 10 ayı ərzində ictimai nəqliyyat vasitələrinin iştirakı ilə baş verən avtoqəzalar zamanı xəsarət alanların sayında azalma var"

 

Yenixeber.org: Bunu Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası baş həkiminin Müalicə işləri üzrə müavini İradə Əliyeva deyib.

Onun sözlərinə görə, ötən ilin anoloji dövründə avtobus qəzalarında xəsarət alanların sayı 79 idisə, bu il həmin rəqəm 39-a düşüb: "Həmçinin kütləvi avtoqəzalar zamanı xəsarət alanların sayı da azalaraq 285-dən 202-ə enib. Bundan başqa, bu ilin 10 ayı ərzində stansiyaya nəqliyyat hadisəsi səbəbindən 1937 müraciət daxil olub. Bu hadisələr nəticəsində 1691 nəfər hospitalizasiya olunub.

Ötən ilin analoji dövrü ilə müqayisədə avtoqəzaların sayında azalma müşahidə olunur. Belə ki, 2016-cı ilin hesabat dövründə baş verən 2020 nəqliyyat hadisələri nəticəsində 1771 nəfər hospitalizasiya olunub. Bu da avtoqəzaların sayında 83, hospitalizasiyada isə 80 halda azalma deməkdir".

O qeyd edib ki, bayram və istirahət günləri və axşam saatlarında qaranlıq düşdükdən sonra avtoqəzalar daha çox baş verir: "Bu da həmin vaxt nəqliyyat vasitələrinin sayının çoxluğu, magistral yollarda hərəkətin intensivliyi ilə izah olunur. Axşam saatlarında avtoqəzaların sayının artmasına nəqliyyat vasitəsini idarə edən şəxslərin iş gününün sonunda yorğunluğu və bəzi yollarda işıqlandırmanın kifayət qədər olmaması da öz təsirini göstərir".

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam