Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakıda 334 mindən artıq insan təcili yardım çağırıb

Bakıda 334 mindən artıq insan təcili yardım çağırıb

 

Yenixeber.org: 2017-ci ilin ilk 6 ayı ərzində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 334 mindən artıq ümumi müraciət daxil olub.

Səhiyyə Nazirliyindən "Qaynarinfo"ya verilən məlumata görə, bu çağırışlardan 190 müraciət daimi yaşayış yeri məlum olmayan şəxslərlə bağlı olub.

Qeyd olunub ki, Səhiyyə Nazirliyinin müəssisələrində daimi yaşayış yeri üzrə əhaliyə tibbi yardım göstərməklə yanaşı, həmçinin daimi yaşayış yeri məlum olmayan şəxslərə tibbi yardım göstərir.

Bakı Baş Səhiyyə İdarəsinin göstərişinə əsasən 2016-cı ilin iyun ayından etibarən daimi yaşayış yeri məlum olmayan şəxslər barədə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olduğu halda, həmin şəxs təcili tibbi yardım briqadası tərəfindən müayinə olunduqdan sonra ilkin tibbi yardım göstərilərək cərrah, travmatoloq və rentgen müayinəsindən keçirilir. Müayinə nəticəsində hansısa bir xəstəlik aşkarlanarsa profil üzrə müvafiq xəstəxanaya yerləşdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam