Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Deputatdan etiraz:Artur Rasi-zadə bizə cavab vermir

Deputatdan etiraz:

 

"Cümhuriyyətin yubileyinin keçirilməsinə 6 ay qalır. Bununla bağlı dövlət başçısının sərəncamı da var. Ancaq mən Gürcüstan və Ermənistan saytlarına baxıram. Onlar cəmiyyət olaraq bu yubileyə daha həssas münasibət göstərirlər”

 

Yenixeber.org: Bunu deputat Fazil Mustafa parlamentdə çıxışında səsləndirib. 

O deyib ki, tədbirlərin keçirilməsi üçün parlamentin də qərarı olmalıdır: “Bu cümhuriyyətin qurulmasınada iki böyük tarixi şəxsiyyətin rolu var.  Biri Məhəmməd Əmin Rəsulzadədir. 
Digəri isə hərbi cəhətdən bizə kömək etmiş Nuru Paşadır. Mən deputat həmkarım Qüdrət Həsənquliyevlə birgə baş  nazir Artir Rasi-Zadəyə bu iki şəxsin abidəsinin qurulması ilə bağlı müraciət etdik.  Bizə bir cavab deyən yoxdur. Rəsulzadənin evi Novxanıda uşaq bağçası kimi istifadə edilir. Biz sonda tədbirlərin keçirildiyini deyəcəyik, amma  yenə bu şəxsiyyətlərlə bağlı heç nə etmədiyimiz bəlli olacaq”.

Spiker Oqtay Əsədov bildirib ki, Cümhuriyyətin yubileyinin keçirilməsi ilə bağlı işlərə 1 il bundan qabaq başlanılıb. Vaxtı gələndə nəticəsini görəcəyik. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam