Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Akademik:Biz onların qəbirlərini bura yığa bilmərik!

Akademik:

 

 

2017-ci ilin ən böyük uğurlarından biri Azərbaycan xalqına qarşı törədilmiş soyqırımlarla bağlı tədqiqatların davam etdirilməsidir. Bu, ən böyük nailiyyətimizdir. Dehlidən başlayaraq Sankt-Peterburq, Moskva, Paris, Berlin, London, İstanbuldan bununla bağlı yüzlərlə sənəd gətirmişik

 

Yenixeber.org: Bunu AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov institutun 2017-ci ildə gördüyü işlərdən danışarkən deyib.

Yaqub Mahmudov bildirib ki, Tarix İnstitutu Bakıda, Şamaxı və Quba qəzalarında, Qarabağda, Zəngəzurda, İrəvan quberniyasında, Naxçıvanda, Şərqi Anadoluda və Urmiya bölgəsində erməni-daşnak quldurlarının törətdiyi soyqırımlarıyla bağlı ayrı-ayrılıqda kitablar çap etdirib: “Bir kitabı da xüsusi qeyd etmək istəyirəm. Azərbaycanın türk-müsəlman əhalisinin soyqırımını araşdıran Nigar Gözəlova Britaniya kitabxanasının arxiv sənədləri əsasında kitab yazıb. Eləcə də biz Hərbi Prokurorluqla birgə 1918-ci il soyqırımları ilə bağlı sənədlər əsasında kitab hazırlamışıq”.

Deputat qeyd edib ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin yüzilliyidir:

“Azərbaycan Xalq Cümhuriyyətinin tarixi Hindistan arxivlərində” adlı kitab çap etdirəcəyik. Eyni zamanda, həmin dövrə dair sənədlər toplusu buraxacağıq. Bir neçə dissertasiyanın müdafiəsi hazırlanır. Cümhuriyyət dövrü tariximizin şərəf səhifəsidir. İnstitutun tapşırığı ilə Londonda Cümhuriyyət tarixinə aid yeni sənədlər toplanmaqdadır. Fransadan bura sənədlər gətirmişik. Məni narahat edən məqamlardan biri odur ki, Cümhuriyyətin bolşevik Rusiyası ilə münasibətləri öyrənilməyib. Bolşevik Rusiyası Azərbaycan Xalq Cümhuriyyətini tanımadı və nəticədə ölkəmizi işğal etdi. Bu istiqamət, eləcə də Cümhuriyyətin diplomatik əlaqələri, daxildəki islahatlar lazımınca öyrənilməyib. Bu yöndə tədqiqatlar aparılır”.

Akademik bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin baniləri Əlimərdan bəy Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Məmməd Yusif Cəfərov, Nəsib bəy Yusifbəylidir:

“Bizim mövqeyimiz belədir ki, bunları ayırmaq olmaz, Cümhuriyyəti yaradan kişilərin hər biri Azərbaycanı sevən, xalqa bağlı insanlar olub, onlar bir-birinə qarşı deyildi, onlar işin öhdəsindən gələ biləcək insanları vəzifəyə irəli sürürdülər. Məsələn, Rəsulzadənin hökumətin başçısı olmaq imkanı vardı, amma o, bu işi Fətəli xan Xoyskiyə etibar etdi. Sonra parlament yarananda Rəsulzadənin imkanı vardı ki, parlamentə sədr olsun. Amma o, parlamentdə Müsavat fraksiyasına başçılıq etdi. Özü burda olmadığı halda Topçubaşov parlamentin sədri seçildi. Nə üçün? Çünki Fransadakı danışıqları ancaq o apara bilərdi. Dilləri bilirdi, görkəmli hüquqşünas idi, Rusiyada böyük təcrübə keçmişdi. Tarixi şəxsiyyətlərimizi, o cümlədən Cümhuriyyət xadimlərini qarşı-qarşıya qoymaq düzgün deyil, onları xalqımıza olduğu kimi təqdim etmək lazımdır”.

Y.Mahmudov qeyd edib ki, Ulu öndər Heydər Əliyevin vəsiyyətinə uyğun olaraq İlham Əliyevin prezidentliyi dövründə Tarix İnstitutu ikicildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nı çap etdirib: “Orda Rəsulzadənin bütün xidmətləri göstərilib, onunla bağlı ayrıca hissə var. Onun xidmətini kiçiltmək haqda deyilənlər boş sözlərdir. O dövrün dövlət xadimlərini bir-birinə qarşı qoymaq, Cümhuriyyəti ancaq kiminsə adıyla bağlamaq mümkün deyil. Mən bunu elmə əsaslanaraq deyirəm.

“Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nın baş redaktoruyam. Mənə təsir ola bilərdi, istiqamət verilə bilərdi. Bunlar olmayıb və biz buna yol da verməmişik. Açıb məqalələrin həcminə də baxa bilərsiniz. Onların hamısını bir-bir əlimdən keçirmişəm. Qoymamışam ora yad barmaq dəysin, kimisə kiçiltsinlər, kimisə qaldırsınlar. Cümhuriyyət haqda ən ötkəm fikirləri Ulu öndər Heydər Əliyev söyləyib, adlarını çəkərək deyib. Hər il Respublika Günü qeyd olunur. Prezident İlham Əliyev Cümhuriyyətə xüsusi qiymət verir. İstiqlal Bəyannaməsinə abidə qoyuldu. Rəsulzadə Cümhuriyyətin banilərindən biridir, bu rolu onun əlindən heç kim ala bilməz. Topçubaşovun rolunu da kiçiltməyə heç kəsin haqqı yoxdur”, - deyə akademik bildirib.

Yaqub Mahmudovun sözlərinə görə, Rəsulzadənin məzarını qardaş Türkiyədən Azərbaycana gətirmək ədalətsizlik olardı: “O, orada mübarizə aparıb, qardaş xalqımız ona qoynunu açıb. O, oradakı tarixin bir parçasıdır. Mirzə Fətəli Axundovun və ya Fətəli xan Xoyskinin məzarları Tiflisdən niyə bura köçürülməlidir? Orda bizim tariximiz var. Tarixi hər yerdən yığışdırıb bura gətirsək, biz dünya tarixində zəifləyərik. Azərbaycan ərazisində 10 milyon xalq yaşayır. Amma bizim dünyada sayımız 60 milyona yaxındır. 60 milyonluq Azərbaycan xalqı dünyanın hər yerində öz tarixini yaradıb. Biz onların qəbirlərini bura yığa bilmərik. Ən görkəmli adamlarımız harada yaşayıb-yaradıbsa, dəfn olunubsa, bizim orda tariximiz var. Oradakı tariximizi zəiflətməyimiz doğru olmaz. Şeyx Şamil hərəkatının üzvlərindən Hacı Muradın qəbri Şəki yaxınlığındadır. O qəbri aparmağa çox əlləşirlər. Tarix İnstitutu olaraq buna imkan vermirik. Niyə onun cəsədi burdan getməlidir? O, hansı səbəbdən bura gəlmişdi? O, burda yatmalıdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam